SON DƏQİQƏ
» » Azərbaycanda yeni dəmir yolu xətti tikiləcək - 30 milyon manat ayrıldı

Azərbaycanda yeni dəmir yolu xətti tikiləcək - 30 milyon manat ayrıldı

Tarix:

11-12-2018, 19:00

/ 10 322 dəfə oxundu.
Azərbaycanda yeni dəmir yolu xətti tikiləcək - 30 milyon manat ayrıldı

Prezident İlham Əliyev Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

GunAz.az xəbər verir ki, sərəncama əsasən, Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisinin layihə-smeta sənədlərinin hazırlanması, tikinti altına düşən torpaqların özgəninkiləşdirilməsi və tikinti işlərinin aparılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.3.7-ci yarımbəndində göstərilmiş məbləğin 30,0 (otuz) milyon manatı “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə ayrılıb.

Maliyyə Nazirliyinə sənəddə göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ