SON DƏQİQƏ
» » İlham Əliyev: "Ermənistan dövlətçiliyi iflasa uğrayıb"

İlham Əliyev: "Ermənistan dövlətçiliyi iflasa uğrayıb"

Tarix:

9-07-2018, 22:43

/ 10 303 dəfə oxundu.
İlham Əliyev: "Ermənistan dövlətçiliyi iflasa uğrayıb"

Ermənistanda kriminal, korrupsioner, qaniçən, oğru, yalançı hakimiyyət tam iflasa uğradı.

GunAz.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev iyulun 8-də Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib: “Ermənistanda 20 il ərzində kriminal, korrupsioner, qaniçən, oğru, yalançı hakimiyyət tam iflasa uğradı. Mənim dediklərimi indi erməni xalqı deyir. Mən bir neçə dəfə ən mötəbər kürsülərdən , BMT kürsüsündən Ermənistanın əvvəlki hakimiyyətini ittiham eləmişdim. Demişdim ki, bu, kriminal xunta rejimidir. İndi bunu erməni xalqı deyir. Demişdim ki, bu, korrupsiyaya qurşanmış, oğru rejimidir. İndi bunu erməni xalqı deyir. Demişdim ki, bu rejim öz xalqının qanını içir”.

İlham Əliyev əlavə edib ki, bu gün biabırcasına hakimiyyətdən qovulmuş Sarkisyan rejimi əslində Ermənistanın dövlətçiliyinin iflasıdır:

“Çünki əgər müstəqilliyinin 26 ilinin 20 ili bu hakimiyyətin altında keçmişdirsə, onda bu dövlətin hansı müsbət cəhətləri var? Ermənistan uğursuz dövlətdir. Ermənistan dövlətçiliyi iflasa uğrayıb. Onların qəhrəmanları oğrulardır. Onların generalları oğrulardır. Onların ordusu oğru ordusudur. Bunu indi Ermənistan xalqı görür və Ermənistan hakimiyyəti deyir”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ