SON DƏQİQƏ
» » Obamanın adamı keçmiş prezidentlə Ərdoğan arasındakı GİZLİNLƏRİ AÇDI: "Nifrət edirdi"

Obamanın adamı keçmiş prezidentlə Ərdoğan arasındakı GİZLİNLƏRİ AÇDI: "Nifrət edirdi"

Tarix:

11-06-2018, 10:18

/ 10 265 dəfə oxundu.
Obamanın adamı keçmiş prezidentlə Ərdoğan arasındakı GİZLİNLƏRİ AÇDI: "Nifrət edirdi"

ABŞ-ın keçmiş prezidenti Barak Obamanın təhlükəsizlik üzrə müşavir müavini Ben Rodes keçmiş prezidentlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçən dialoqu yayımlamaqla xaos yaradıb.

Publika.az xəbər veri ki, ABŞ-ın sabiq prezidenti Barak Obamanın bütün ikitərəfli danışıqlarına qatılan keçmiş təhlükəsizlik üzrə müşavir müavini Ben Rodes Obamanın Ərdoğanla mübahisədən zəhləsi getdiyini deyib: "O hər zaman deyirdi ki, Ərdoğanla mübahisə etməkdən zəhləsi gedir".

Bu barədə kitab hazırlayan Ben 2011-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisində müzakirələri zamanı Ərdoğanın Obamaya verdiyi çətin suallardan yazıb.

O qeyd edir ki, Ərdoğan hər zaman Obamanın Fələstin siyasətini tənqid edib: "Görüş zamanı Obamanın fikrində Fələstin məsələsini müzakirə etmək vardı. Lakin Ərdoğan Obamaya bir ildə 180 dərəcə necə çevrildiyini xatırladaraq, ona çətin anlar yaşadıb. Ərdoğan Obama ilə keçirdiyi görüşdə onun BMT Baş Məclisində etdiyi çıxışına gülüb. Bu isə Obamanın xoşuna gəlməyib".

Ərdoğan məsələləri ətraflı müzakirə etməyi sevdiyi üçün Obamanın fələstinlilərin BMT vasitəsilə qorunmalı olduqları fikrini əsassız hesab etdiyindən bu məsələnin İsraillə müzakirə edilməli olduğunu qeyd edirdi. Obamanın Cənubi Sudanı misal çəkməsi isə Ərdoğanın xoşuna gəlməmişdi. Obamanın bu fikrinə qarşılıq olaraq Ərdoğan Cənubi Sudan üçün Şimali Sudanın uzun illər sanksiyalara məruz qalmalı olduğunu xatırladaraq "Eynisini İsrail üçün də təklif edirsən?" sualını ünvanlamışdı.

Ben Rodersin yazdıqlarına görə, Obama Ərdoğanın bu sualına cavab verə bilməyib və qəzəblənərək onunla mübahisədən çəkindiyini deyib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ