SON DƏQİQƏ
» » “İki ermənipərəst konqresmen Trampa təsir edə bilməz” - Millət vəkili

“İki ermənipərəst konqresmen Trampa təsir edə bilməz” - Millət vəkili

Tarix:

3-06-2018, 11:32

/ 10 393 dəfə oxundu.
“İki ermənipərəst konqresmen Trampa təsir edə bilməz” - Millət vəkili

ABŞ-ın iki ermənipərəst konqresmeninin Azərbaycana qarşı fikirləri Birləşmiş Ştatların Prezidenti Donald Trampın mövqeyinə heç cür təsir edə bilməz.

Gunaz.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında millət vəkili Tahir Kərimli deyib.

Millət vəkili bildirib ki, ABŞ "Cənub Qaz Dəhlizi"nin əhəmiyyətini bilir və bu layihənin Amerika üçün də əlverişli olduğunu düşünür:

"Cənub Qaz Dəhlizi" qlobal bir layihədir və dünyanın enerji xəritəsini dəyişir. Ona görə də Donald Tramp Prezident İlham Əliyevə məktubunda Türkiyə və Avropanın qaz təchizatında Azərbaycanın mühüm rolunu qeyd edib və Azərbaycan-ABŞ əməkdaşlığının davam etdirilməsini vurğulayıb. Bu isə təbii ki, ermənipərəst konqresmenləri razı sala bilməz. Çünki onlar həmişə Ermənistanı himayələrində saxlayırlar. Məhz həmin konqresmenlərin səyi nəticəsində dünyanın Dağlıq Qarabağ münaqişəsindən xəbəri olmayan vaxtlarda Amerika 907-ci düzəlişi qəbul etmişdi və guya Azərbaycanın Ermənistanı blokadada saxladığını bildirmişdilər".

T.Kərimli hesab edir ki, konqresdə ABŞ Prezidentinin mövqeyinə qarşı çıxanlar olsa da, Ağ Ev Azərbaycanla əməkdaşlığın əhəmiyyətini başa düşür:

"Trampın Azərbaycanla əməkdaşlığa müsbət yanaşdığı məlumdur. Ona görə də iki ermənipərəst konqresmenin fikirləri ABŞ Prezidentinin fikrini dəyişə bilməz. Azərbaycan da öz haqqından heç vaxt vaz keçən deyil və heç vaxt Ermənistana nə dəhliz açandır, nə də neft, qaz kəmərlərinin, dəmir yolu və avtomobil yollarının Ermənistandan keçməsinə razılıq verəndir. Həmin ermənipərəst konqresmenlər özləri də yaxşı bilirlər ki, Azərbaycana təzyiq etmək mümkün deyil. Sadəcə onlar erməni lobbisindən faydalandıqları üçün bu cür fikirlər irəli sürürlər. Hesab edirəm ki, "Cənub Qaz Dəhlizi"nin açılışı Azərbaycan və ABŞ prezidentlərinin gələcəkdə də qlobal məsələlərdə razılığa gəlməsinə yol açır. Ümumiyyətlə, ABŞ ilə münasibətlərin normal olması arzuolunandır".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ