SON DƏQİQƏ

Millət vəkili qiymətlərə ETİRAZ ETDİ

Tarix:

2-10-2017, 13:56

/ 1 447 dəfə oxundu.
Millət vəkili qiymətlərə ETİRAZ ETDİ

Ölkəmizdə istehsal edilən məhsulların qiyməti xaricdən idxal edilən məhsullardan bahadır.

Gunaz.az xəbər verir ki, bu sözləri millət vəkili Çingiz Qənizadə parlamentin bugünkü iclasında bildirib.

Millət vəkili insanlardan bununla bağlı çoxsaylı müraciətlər olduğunu deyib:

“8 aydır ölkədə manat daha da möhkəmlənib, lakin qiymətlər qalxır. Nə üçün mağazalarda yağın kiloqramı 18 manatdır? 7-8 ay əvvəl 8-10 manat idisə, bu gün 18 manatdır. Eyni zamada ətin qiyməti qalxıb. Bununla bağlı İqtisadiyyat Nazirliyinə müraciət edirəm. Müvafiq qurumlar bu məsələni tənzimləməlidir. Dərmanlarla bağlı məsələ müzakirə edildi, qiymətin tənzimlənməsi insanlar arasında müsbət qarşılandı”.

Millət vəkilinin çıxışına şərh verən spiker Oqtay Əsədov “qiyməti qaldıran kəşfiyyatdan gələn şəxslər deyil, onlar da bizim vətəndaşlarımızdır”, - deyə bildirib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ