SON DƏQİQƏ

Lukaşenko Azərbaycan prezidentini təbrik edib

Tarix:

23-05-2018, 20:57

/ 10 367 dəfə oxundu.
Lukaşenko Azərbaycan prezidentini təbrik edib

Belarus Respublikasının prezidenti Aleksandr Lukaşenko Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Gunaz.az xəbər verir ki,  məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Müasir Azərbaycanın sabit sosial-iqtisadi inkişafı Sizin ardıcıl surətdə həyata keçirdiyiniz, müstəqilliyin və suverenliyin möhkəmlənməsinə yönəlmiş dövlət xəttinin nəticəsidir.

Ürəkdən sevinirəm ki, Belarus-Azərbaycan əməkdaşlığı həm xalqlarımız arasında tarixən formalaşmış dostluq münasibətləri ilə, həm də ölkələrimizin strateji tərəfdaşlığı dərinləşdirməyə fəal səy göstərməsi ilə səciyyəvidir.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, uğurlar və tükənməz enerji, Azərbaycan vətəndaşlarına isə əmin-amanlıq və firavanlıq arzu edirəm”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ