SON DƏQİQƏ
» » Seçkilər bayram əhval-ruhiyyəsi yaradır - Lebedev

Seçkilər bayram əhval-ruhiyyəsi yaradır - Lebedev

Tarix:

10-04-2018, 21:26

/ 10 319 dəfə oxundu.
Seçkilər bayram əhval-ruhiyyəsi yaradır - Lebedev

Azərbaycanda MDB-nin müşahidə missiyasına inam hiss olunur. Biz Azərbaycan qanunvericiliyini, Azərbaycanın Seçki Məcəlləsini və ölkə Konstitusiyasının müddəalarını əsas götürürük. Əgər hər hansı nöqsanlar aşkar ediriksə, bunu dərhal deyirik.

Gunaz.az xəbər verir ki, bu fikirləri Azərtac-a müsahibəsində MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev söyləyib. O deyib: “Martın sonundan başlayaraq biz Azərbaycanın bir çox bölgələrində olmuşuq. Deyə bilərik ki, çox əsaslı hazırlıq işləri aparılıb və onlar əsasən başa çatdırılıb. Əminik ki, seçkilər yüksək səviyyədə - Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq şəkildə keçiriləcək”.

S.Lebedev diqqətə çatdırıb ki, hər yerdə ciddi iş aparıldığı hiss olunur. Mərkəzi Seçki Komissiyası dairə seçki komissiyaları ilə mükəmməl tədbirlər həyata keçirib. Onlar da, öz növbəsində, məntəqə seçki komissiyalarının üzvləri ilə seminarlar, treninqlər təşkil ediblər. “Biz, MDB ölkələrindən olan müşahidəçilər, bir sıra dairə seçki komissiyalarında olduq, dairə və məntəqə seçki komissiyalarının üzvləri ilə söhbətlər apardıq. Çox yaxşı hazırlıq işlərinin şahidi olduq. Bütün bunlara əsaslanaraq, biz seçkilərin kifayət qədər mütəşəkkil və layiqincə keçəcəyini inamla söyləyə bilərik”, – deyə MDB İcraiyyə Komitəsinin sədri əlavə edib.

Sergey Lebedev qeyd edib ki, məntəqələrin əksəriyyəti məktəblərdə, təhsil müəssisələrində, mədəniyyət evlərində yerləşir. O, sonda deyib: “Əminəm ki, bu, bir növ bayram-əhval ruhiyyəsi yaradacaq. Mən Azərbaycanda dəfələrlə olmuşam və burada seçkilərin bayrama çevrilməsi kimi xeyirxah ənənənin şahidi olmuşam. Azərbaycan xalqına xoşbəxtlik və tərəqqi arzulayıram”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ