SON DƏQİQƏ
» » Tacir Şahmalıoğlu canlı efirdə Fədayə Laçının bacısı ilə davaya çıxdı: "Başına oyun açaram"

Tacir Şahmalıoğlu canlı efirdə Fədayə Laçının bacısı ilə davaya çıxdı: "Başına oyun açaram"

Tarix:

27-01-2020, 15:29

/ 1 638 dəfə oxundu.
Tacir Şahmalıoğlu canlı efirdə Fədayə Laçının bacısı ilə davaya çıxdı: "Başına oyun açaram"

Məşhur müğənni Tacir Şahmalıoğlu "Ona qalsa" verilişində qonaq olub.

GunAz.az xəbər verir ki, veriliş zamanı qalmaqal yaşanıb. Bir müddət öncə Fədayə Laçının bacısı İlahə Fəda Tacir Şahmalı oğlunun ünvanına təhqiredici sözlər deyib. Tacir Şahmalı oğlu isə bu gün həmin qalmaqallı sözlərə cavabını verib:

"Mən on bir yaşımdan mahnı oxuyuram. Dörd filmə çəkilmişəm. Sənətim, səsim göz qabağındadır. Keçən dəfə sizin efirə gələndə mənim bu söhbətdən xəbərim olmayıb. Evə gedəndən sonra baxmışam ki, verilişdə ağzına gələni deyib. Mən demək istəyirəm ki, sən kimsən, sənə bunu deməyə kim icazə verib. Mənə tərbiyəsiz deyir. Tərbiyəsiz elə onun özüdür. Hamı məni yaxşı tanıyır, kimliyim göz qabağındadır. Amma yeri gəlsə sübut edə bilərəm hamıya sənin kimliyini. Arada güzgüyə bax gör qadınsan ya yox. Sənin bu sözlərinə görə başına oyun açaram heyif ki, ortada Fədayə xanım və anan var. Onlar çox gözəl insanlardı heyif ki, o insanın bacısısan yoxsa bilərdim mən nə edərdim sənə".

Daha sonra efirə müğənni İlahə Fəda zəng edib fikirlərin bildirib:
"Mən qısa şəkildə cavabımı demək istəyirəm ki, "It hürər karvan keçər".

Bu cavabdan sonra Tacir Şahmalı oğlu daha da əsəbləşib. Ona "Baxın bu qadının sözlərinə. Özü tərbiyədən danışır amma tərbiyəsi yoxdu. Sən dua elə ki, ortada Fədayə xanım var.Yoxsa hər şeyi sənə sübut edərdim".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ