SON DƏQİQƏ
» » Tacir Fədayədən yana-yana danışdı: "Yaxşı qız idi, kişi kimi, "svoyski"... "

Tacir Fədayədən yana-yana danışdı: "Yaxşı qız idi, kişi kimi, "svoyski"... "

Tarix:

31-10-2017, 17:47

/ 1 466 dəfə oxundu.
Tacir Fədayədən yana-yana danışdı: "Yaxşı qız idi, kişi kimi, "svoyski"... "

Müğənni Fədayə Laçın oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməklə ittiham edilərək həbs olunub.
 “Səni Axtarıram” verilişinə qonaq olan müğənni Tacir Şahmalıoğlu Fədayə Laçının həbsi ilə bağlı açıqlamalar verib. O, bu məsələ ilə bağlı ilk dəfə canlı efirdə danışıb. Müğənni bildirib ki, mediada çıxan xəbərlərin heç biri doğru deyil.
“Mən başqa bir şey deyirəm, jurnalistlər tamam başqa yazır. Reytinqli olsun deyə səhv məlumat yayırlar. Mən demişəm ki, Fədayə Laçın əgər öz sənəti ilə məşğul olsaydı, indi bu vəziyyətdə olmazdı. Faktlar göz qabağındadır. Yoxsa mən deyildiyi kimi qabaqcadan onun həbsi haqqında bilmirdim.  Allaha and olsun, ən çox üzülənlərdən biri mənəm.  Mən onunla birgə çox çörək kəsmişəm. Yaxşı qız idi. Kişi kimidi, “svoyski” qızdır. Mən daha öncə də, açıqlama verəndə demişəm ki, o duet ortaqlığımıza son verməsəydi, indi bəlkə də, biz xalqımıza yüzlərlə mahnı təqdim edərdik. Onun görüşdüyü sevgilisi haqqında da eşitməmişdim”,- deyərək müğənni açıqlayıb.
Gunaz.az
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ