SON DƏQİQƏ

Ən bahalı reperlərin siyahısı

Tarix:

21-09-2019, 19:01

/ 1 094 dəfə oxundu.
Ən bahalı reperlərin siyahısı

"Forbes" dərgisi bu dəfə ən bahalı reperlərin siyahısını hazırlayıb.

GunAz.az xəbər verir ki, Kane Uest Jay Z-nin yerini tutaraq, birinci olub. O il ərzində ən çox qonorar alan musiqiçi olub.

Onun siması seçildiyi "Adidas" satışdan 1,5 milyard qazanıb ki, onun 150 milyon dolları reperə qalıb. Jay Z isə Beyinsla çıxdığı "On The Run II"turnesi sayəsində 81 milyon dollar əldə edib.

Siyahının üçüncüsü isə Dreyk olub. O, 1 il ərzində 75 milyon dollar qazana bilib. Reper Diddi 70 milyonla dördüncü, Trevis Skott 58 milyonla beşinci, Eminem 50 milyonla altıncı, DJ Khaled 40 milyonla yeddinci, Kendrik Lamar 38,5 milyonla səkkizinci seçilib. Siyahıda 36 milyon dollar qazanan Migos doqquzuncu olub. Onuncu yerdə isə 35 milyon dollar qazanan Childish Gambino qərarlaşıb.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ