SON DƏQİQƏ

Şəkər xəstəliyinin yeni səbəbi...

Tarix:

28-09-2019, 22:57

/ 1 408 dəfə oxundu.
Şəkər xəstəliyinin yeni səbəbi...

Şəkərli diabetin daha bir səbəbi aşkarlanıb.
Avromedia.az bildirir ki, yeni araşdırmalara görə, insulin disbalansı diabetin yeganə səbəbi deyil. Alimlərə görə, qaraciyərdə olan problemlər də diabetə gətirib çıxara bilər. İsveçrədə aparılan yeni tədqiqatın nəticələri göstərir ki, kök insanlarda diabetin yaranma səbəbi qaraciyərdə yağın toplanmasından birbaşa asılıdır.
"Bizim gəldiyimiz nəticələr göstərir ki, indiyə kimi məlum olan insulin disbalansından başqa, qaraciyər yağlanması da ikinci tip diabetin inkişafına kömək edir", deyə müəlliflər bildirib.
Alimlər eksperimenti davam etdirməyi və heyvanlarda xəstəliyin inkişafını modelləşdirməyi planlaşdırırlar.
Qeyd edək ki, qanda şəkər səviyyəsi əsasən iki hormonla tənzimlənir. Bu, qanda qlükozanın səviyyəsini azaldan-insulin, onu artıran-glukagondur. Onların təsiri altında, qaraciyər qlükozanın səviyyəsini - istehsal və yenidən bölüşdürməklə tənzimləyir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ