SON DƏQİQƏ

Professor ən sağlam qidaları açıqladı: "Nə qədər istəyirsiniz yeyin" - İNANMAYACAQSINIZ

Tarix:13-03-2019, 20:30

Türkiyənin daxili xəstəliklər üzrə mütəxəssisi, professor Canan Karatay daha bir açıqlaması ilə gündəm olmağı bacarıb.

GunAz.az xəbər verir ki, professor fəstfud yeməklərindən ən sağlam olanlarının adlarını açıqlayıb. 

 

Karatay bildirib ki, lahmacun ən sağlam tez hazır olan yeməklərin başında gəlir. Çünki onun tərkibində qiymə, tərəvəz, yağ, soğan var. 

Professorun sözlərinə görə, təbiiliyi korlanmadan istənilən yeməyi istənilən miqdarda yemək artıq çəkiyə səbəb olmur:

“Doyana qədər təbii olan hər şeydən yeyə bilərsiniz. Təbii yağ da buraya daxildir. Uşaqlar, hamilə qadınlar qorxmadan yeyə bilər. Ürək infarktının, xərçəngin qarşısını alır. Bədənin gümrah qalmasını təmin edir. Yağ yemək oynaqların sürtünməsini yaxşılaşdırır. Bu yağ olmadıqca vücud paslanmış kimi olar. Təbii yağ yeməkdən qorxanlar, əsasən, artıq çəki yığacaqlarından ehtiyat edirlər. Lakin bu, yanlış fikirdir. Təbii yağ artıq çəki yığmaz, əksinə, arıqlamağa kömək edər. Qara ciyərin yağını təzələyər.

Xəstə deyilsinizsə və aktiv həyat tərziniz varsa, yerli buğda ilə bişmiş pide və bu kimi şeylər yeyə bilərsiniz. Rəfinə edilmiş una, duza, yağa qarşıyam. Sağlam və təbii qida hüceyrələrimizi bəsləyər. Həqiqi olmayan qidalar hüceyrələrimiz doyurmadığı üçün daim ac hiss edirik”.

Qeyd edək ki, bir müddət öncə Canan Karatay restoranların birində fəstfud yeyərkən görüntülənmiş və kifayət qədər izləyici kütləsi olan professorun fəstfud yeməsi müzakirələrə səbəb olmuşdu.

N.SAFURA

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<