SON DƏQİQƏ
» » İnsanın gözü bu xəstəliklərdən çəpləşə bilər -DİQQƏT!

İnsanın gözü bu xəstəliklərdən çəpləşə bilər -DİQQƏT!

Tarix:

26-04-2018, 10:09

/ 10 681 dəfə oxundu.
İnsanın gözü bu xəstəliklərdən çəpləşə bilər -DİQQƏT!

Hər bir valideyinin arzusu dünyaya sağlam körpələr gətirməkdir. Bəzən olur ki, doğulan körpələrdə müəyyən problemlər meydana gəlir. Bu problemlərdən biri də gözdəki çəpliklərdir.

“İlk 6 ayına qədər ortaya çıxan çəpliklər anadangəlmədir”.

Gunaz.az xəbər verir ki, Bunu həkim-oftalmoloq Şahin Novruzlu deyib:

“Hər gözün 6 ədəd xarici əzələsi var. Bu əzələlərdən biri və bir neçəsi daha güclü ya da daha zəif olduğu zaman çəpgözlük yaranır. Çəplik içəri və xaricə doğru olur. İçəri çəpliklər zamanı göz buruna tərəf baxır. Belə çəpliklər bəzən bir gözdə, bəzən də hər ikisində ola bilər. Xaricə çəpliklərdə isə göz xaricə tərəf baxır”.

Həkim qeyd edib ki, içəri çəpliklərin bəzi növlərində göz eynəklə düzələ bilir. Eynək kömək olmadığı zaman əməliyyat tətbiq edilir. Əməliyyat üçün 18 yaşı gözləməyə ehtiyac yoxdur.

Bundan əlavə çəpgözlük sinir sistemi xəstəlikləri, uşaq infeksion xəstəlikləri, travmalar, zob xəstəliklərindən də meydana gələ bilər.

Travma və ya hansısa xəstəlik olmadan göz çəpləşə bilər?

Oftalmoloq bildirir ki, gözdə 6 əzələ ortaya baxır. Əzələlərdən birinin funksionallığında zəiflik olanda daha güclü hala keçən əzələ onu çəkir və çəpgözlük yaranır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ