SON DƏQİQƏ
» » Yumurtanın pərdəsi ən çətin yaraları sağaldır

Yumurtanın pərdəsi ən çətin yaraları sağaldır

Tarix:

10-03-2018, 22:48

/ 10 633 dəfə oxundu.
Yumurtanın pərdəsi ən çətin yaraları sağaldır

Yanıqlar və kəsikləri sağaltmaq üçün mətbəxinizdəki yumurtadan faydalana bilərsiniz. Belə ki, yumurtanın pərdəsi kəsikləri və yanıqları dərhal sağaltmaq xüsusiyyətinə malikdir.

Plastr əvəzinə yumurtanın pərdəsindən istifadə etmək olar. Plastr yaranın üstünü örtüb bakteriyalara qarşı müdafiə etsə də, dərinin hava almasına mane olduğu üçün onun sağalma prosesini ləngidir. Yumurtanın pərdəsi isə həm yaranı örtür, həm də tərkibindəki maddələr sayəsində yaranı tez sağaldır.

Yumurtanın pərdəsini onu bişirdikdən sonra da soyub yaranın üzərinə yapışdıra bilərsiniz. Çiy halda pərdə, adətən, yumurtanın şiş uclarına yığılır. Bu təbəqəni bir qaba töküb bir az bərkiməsini gözləyin və daha sonra yaranın üzərinə yapışdırın.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ