SON DƏQİQƏ
» » Bakıda bir ədədi 5 manata yumurta satılır - FOTO

Bakıda bir ədədi 5 manata yumurta satılır - FOTO

Tarix:

25-11-2017, 22:41

/ 1 573 dəfə oxundu.
Bakıda bir ədədi 5 manata yumurta satılır - FOTO

Sözügedən yumurtanın hamilə qadınlar və uşaqlar üçün daha faydalı, vitamin və mineral tərkibi baxımından zəngin olduğu bildirilir. Bu səbəbdən də bəyaz yumurta ilə müqayisədə yaşıl yumurtanın qiyməti xeyli bahadır.

Gunaz.az İnterpress.az-a istinadən xəbər verir ki, Mütəxəssislər isə yaşıl yumurtanın faydaları ilə bağlı yayılan məlumatlara son qoyan açıqlama ilə çıxış ediblər.

Uludağ Universitetinin Baytarlıq Fakültəsinin müəllimi, professor Mustafa Tayyar yaşıl yumurtanın digərlərindən sadəcə rənginə görə fərqləndiyini deyib.
O, yumurtanın qiymətinin isə idxalçının tələbinə uyğun olaraq tənzimləndiyini vurğulayıb:

"Yaşıl və mavi yumurta Şimali Amerika kökənli toyuq irqinin məhsuludur. Bir ədədi 5 manata satılır. Qiymətinin belə baha olması idxalçının tələbindən asılıdır. Digərlərindən yalnız rəngi ilə fərqlənir. Əslində digərləri ilə eyni qiymətə satılmalıdır. Bu yumurtalarda daha çox vitaminin olması fikri isə tamamilə əfsanədir. Yumurtanın rəngi sadəcə o yumurtlayan toyuğun irqindən asılıdır".

Bakıda bir ədədi 5 manata yumurta satılır - FOTO
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ