SON DƏQİQƏ

Kimsəsiz hərbçimizin şəhid xəbəri gəldi

Tarix:

23-02-2021, 08:14

/ 4 615 dəfə oxundu.
Kimsəsiz hərbçimizin şəhid xəbəri gəldi

Vətən müharibəsində itkin düşən hərbçilərin siyahısında adı olan Rajapov Əmrah XXX-in şəhid olduğu təsdiqlənib.

Avromedia.az xəbər verir ki, 5 aydan sonra şəhid olduğu təsdiqlənən Əmrah Gəncənin Şəhidlər Xiyabanında torpağa tapşırılacaq.

Qeyd edək ki, Əmrah 2000-ci ildə Gəncədə anadan olub. Kiçik yaşlarında atasını itirən Əmrah sonradan anası tərəfindən Gəncə şəhərində yerləşən uşaq evinə verilib. Orta məktəbdən məzun olduqdan sonra da ona dövlət tərəfindən Masazır məzunlar evindən mənzil hədiyyə olunub. 2019-cu ilin oktyabrında isə hərbi xidmətə yollanıb.

Vətən müharibəsində Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib. Məlumata görə, o, oktyabrın 8-də şəhidlik zirvəsinə ucalıb. Onun itkin siyahısında adının olmasına gəlincə, bunun Əmrahın tibbi-ekspertizasının hələ də davam etməsi ilə bağlı olduğu bildirilirdi. Məlumata görə, heç bir yaxını olmadığı üçün ekspertizanın nəticələri bu səbəbdən gecikirdi.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ