SON DƏQİQƏ

Daha bir zabitin nəşi tapıldı

Tarix:

22-01-2021, 14:21

/ 5 816 dəfə oxundu.
Daha bir zabitin nəşi tapıldı

Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşən daha bir zabitinin nəşi tapılıb.

Baş leytenant Rahim Qabil oğlu Mikayılovun torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olduğu təsdiqlənib.

Qeyd edək ki, R.Mikayılov 1990-cı ildə Quba rayonunun 2-ci Nügədi kəndində anadan olub. Vətən müharibəsinin ilk günlərindən döyüşə atılıb. Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. Oktyabrın əvvəlindən zabitlə əlaqə kəsilib və barəsində heç bir məlumat almaq mümkün olmayıb.

R.Mikayılov ailəlidir. İtkin düşməsindən bir ay sonra oğul övladı dünyaya gəlib.

Allah rəhmət eləsin!

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ