SON DƏQİQƏ
» » Ermənistan ordusu artıq barışmağa yer qoymayıb

Ermənistan ordusu artıq barışmağa yer qoymayıb

Tarix:

13-10-2020, 08:57

/ 4 810 dəfə oxundu.
Ermənistan ordusu artıq barışmağa yer qoymayıb

 

Tariyel Eyvazov: «27 ildən çoxdur ki, təcavüzkar erməni quldurları doğulduğum Ağdam şəhərindən biziməhrum ediblər»

Həmsöhbətimiz 1990-1999-cü illərdə Ağdam rayon səhiyyəsinə rəhbərlik etmiş Respublikanın Əməkdar həkimi, ATU-nin dosenti, Qarabağ müharibəsi veteranı Tariyel Eyvazovdur.

- Tariyel müəllim tarixə nəzər salsaq, məlumdur ki,mənfur qonşularımız olan ermənilər harada yaşayıblarsa, fitnə-fəsadlar, naqis əməllər və terror törədiblər. Bu gün də onlar öz fitnəkar əməllərindən əl çəkmirlər…

- Doğru qeyd edirsiniz, xəstə təxəyyüllü Ermənistan rəhbərləri «böyük Ermənistan» xülyası ilə yaşayaraq öz xalqını hələ də uçuruma sürükləməkdədir. Bu gün də Ermənistanın baş naziri Nokol Paşinyan riyakar, yalan, böhtan doluməntiqsiz çıxışlarıilə gülünc obyektinə çevrilmişdir. Azərbaycan Prezidentinin istər rus, istər ingilis, istərsə də türk dilində jurnalistlərə verdiyi məntiqli müsahibələribizim ürəyimizdən xəbər verir. Ali Baş Komandanımızın hər bir çıxışı dünya xalqlarının da marağına səbəb olmuş və ermənilərin iç üzü bir daha açılmışdır.27 ildən çoxdur ki, təcavüzkar erməni quldurları doğulduğum Ağdam şəhərindən bizi məhrum ediblər. Qarabağ və ətraf rayonlarımız düşmən tapdağındadır. Xalqımızın da səbr kasasıbu otuz ildə dolmuş və nəhayət ki, şanlı ordumuz təcavüzkar erməni yaraqlılarını yurdumuzdan qovmaga məcbur olmuşlar. Füzuli, Cəbrayıl, Hadrutun işğaldan azad olunması bizi sonsuz dərəcədə sevindirir.
Lakin erməni yaraqlılarıməğlubiyyətlə barışmaq istəmir vəbirbaşa Azərbaycanın müxtəlif şəhərlərinə, mulkişəxslərə, dinc əhaliyə qadağan olunmuş raket zərbələri endirir, insanlığa sığmayan cinayətlər törədirlər. Azərbaycan Ordusu isə ancaq öz torpağımızda mənfur erməni quldurlarına qarşı hücumlar edərəkərazi bütövlüyümüzü qoruyur və düşmən qüvvələrini zərərsizləşdirirlər. Dəqiq atəş nəticəsində düşmənin xeyli canlıqüvvələrini, texnikalarını məhv ediblər. Bizim özgə torpaqlarında gözümüz yoxdur.
Vətənimizin azadlığı və ərazi bütövlüyümüz uğrunda döyüşərək şəhid olmuş soydaşlarımıza Allahdan rəhmət diləyir, yaralı əsgər və zabitlərimizin tezliklə sağalmasını arzulayıram. Həkim və tibb bacılarının gecə-gündüz yaralılara qulluq etməsi ürəyimi daha döndərir.
- Bir həkim olaraq səhiyyəmizin bugünkü vəziyyətini necə qiymətləndirirsiniz?

- 1990-99-cü illərdə Ağdam rayon səhiyyəsinə rəhbərlik etmişəm. Elə olurdu ki, cəbhədən bir gündə 50-100 nəfər yaralı gətirirdilər. O dövrdə Ağdamın igid oğulları ilə birlikdə həkim və tibb isçiləri də əsl qəhrəmanlıq göstərirdilər. Sovetdən qalma tibb avadanlıqları olmasına baxmayaraq həkimlər gərgin işləyir, gecə-gündüz əməliyyatlar edirdilər.
Bu gün artıq Azərbaycan səhiyyəsi müasir texnologiya və tibbi avadanlıqlarla təchiz olunub. Azərbaycan Prezidenti səhiyyəmizin, iqtisadiyyatımızın inkişafı, xalqımızın güzəranın yaxşılaşdırılması ilə əlaqədar yorulmadan çalışır vəbu gün dünya standartlarına uyğun müasir xəstəxanalar tikilir, tibb işçilərinin əməyi yüksək qiymətləndirilir. Bu gün mən də insanların sağlamlığı keşiyində dayanmaqla öz vəzifə borcumu yerinə yetirməkdən qürur duyuram.
Bir həkim olaraq hər bir Azərbaycan xalqı sülhün tərəfdarıdır. Amma bu o demək deyil ki, biz torpaqlarımızı düşmən əsarətində saxlamalıyıq. 30 ildir ki, işğal olunmuş ərazilərimizdən didərgin düşmüş bir milyon nəfər məcburi köçkün və qaçqınlarımız Respublikamızın müxtəlif rayon və qəsəbələrində məcburi köçkün həyatı yaşayırlar. Onlar öz dədə-baba yurdundan, evindən, əmlakından, torpağından, qəbirstanlıqlarından, təbii sərvətlərindən məhrum olunublar.

- Bu günlərdə azğınlaşmış ermənilər Ermənistan ərazisindənbirbaşa Azərbaycanın dinc yaşayış məskənlərini, mülki əhaliniqadağan olunmuş silahlarla atəşə tuturlar. Buna sizin bir vətəndaş olaraq münasibətiniz necədir?
- Ermənilər bu günlərdə Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə, eləcə dəMingəçevirdə və digər rayonlarımızda təlafatlar törətmişlər.Sentyabrın 27-dən bu günə qədər 31 nəfər dinc sakin raket zərbələrindən həlak olub, 164 nəfər mülki şəxs evində, küçədə ağır yaralanıb. Nə qədər evlərə ziyan dəyib. Ermənistan ordusu artıq barışmağa da yer qoymayıb. Qarabağ Azərbaycanın əzəli torpağıdır. İstər dağ hissəsi, istərsə də aran hissəsi olsun. Bu torpaqlarda tarix boyu türklər yaşayıb. 170 il əvvəl Suriyadan, İrandan köçürülmüş ermənilər rus imperiyasının köməkliyi ilə Qarabağın ən səfalı yerlərində məskunlaşıblar.
1990-cı ildə Mardakert adlandırdıqları ərazidə ermənilər gəlmə tarixlərini əbədiləşdirmək üçün(bu ad əvvəl Ağdərə olub) vaxtilə ucaltdıqları abidəni patladaraq öz gəlmə tarixlərini ört basdır etməklə bir daha fitnəyə əl atmışlar.
Qarabağ xanı Pənah xanın şərəfinə adlandırılmış Pənahabadın - Şuşanın adını dəyişmişlər, Məscidlərimizdə donuz saxlamaqla müsəlman aləmini təhqir etmişlər. Xocalı şəhərini yerlə-yeksan edərək dörd mindən çox səhər əhalisini nasist faşistlərin belə ağlına gəlmədiyi işgəncələrlə qətlə yetirmişlər. Əsl soyqırım törətmişlər. Ermənilər öz havadarlarına arxalanaraq daha daazğınlaşırlar.
Artıq Azərbaycan Ordusu bu gün düşmənə sarsıdıcı zərbələr vurur, İnşallah tezliklə cənnət Şusamız, Agdamımız, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonlarımız da erməniisgalından azad olunacaq. Ordumuza yeni-yeni qələbələr arzulayıram.
Əminəm ki, tezliklə qaçqın və məcburi köckünlərimiz erməni işğalından azad olunmuş doğma yurdumuza qayıdacaq, dağıdılmış, viran edilmiş yurdumuzda yenidənevlər tikiləcək, şəhərlər, qəsəbələrsalınacaq və ermənisiz diyarımızı cənnətə çevirəcəyik.

 

Rauf İLYASOĞLU


скачать dle 12.1

Şərhlər