SON DƏQİQƏ
» » Tural Ələkbərovdan SEVƏRLƏRİNƏ ŞAD XƏBƏR: İki yeni film və... - MÜSAHİBƏ

Tural Ələkbərovdan SEVƏRLƏRİNƏ ŞAD XƏBƏR: İki yeni film və... - MÜSAHİBƏ

Tarix:

26-10-2019, 18:29

/ 1 959 dəfə oxundu.
Tural Ələkbərovdan SEVƏRLƏRİNƏ ŞAD XƏBƏR: İki yeni  film və... - MÜSAHİBƏ

Tural Ələkbərovun GunAz.az -a verdiyi müsahibəni təqdim edirik:

Bu yaxınlarda ölkəmizdə  ilk  dəfə  olaraq “Türkiyə Gənclik Ödülləri 2019” ödül törəni keçirildi. Bu tədbirin təşkilatçılığı,  rəhbəri olduğunuz “Caspian Events Group” -a həvalə edildi. Bunun  sevincini  və  məsülliyətini  bizimlə  bölüşərdinizmi?

-Biz “Caspian Events Group”  olaraq artıq  bir ildir  fəaliyyətdəyik. Bu  müddət  ərzində dördə yaxın mükafatlandırma mərasimi və  iki-üç dəfə moda günləri təşkil etmişik. “Türkiyə Gənclik Ödülləri” Türkiyənin  ən prestijli layihələrindən biridir. Rəsmi dünyada təsdiqlənmiş layihədir, 10 ilə yaxındır  ki,  orada  təşkil olunur və  Türkiyədə  ən  çox  oy kulanılan layihədir. “Caspian Events Group”  üçün təbii ki,  ilk beynəlxalq layihə oldu  və  çox böyük məsülliyət idi. Lahiyənin həyata keçirilməsində on beşə yaxın  bütün komanda üzvü fəal şəkildə dörd ay fəaliyyət göstərdi. Layihənin beynəlxalq direktoru Maksut Coşkun Dokunulmaz öz komandası ilə ölkəmizə gəlmişdi. “Türkiyə Gənclik Ödülləri 2019” öz  tərzi  ilə  digər  eventlərdən çox  böyük fərq yaratdı ölkəmizdə. İnşallah, bu mükafatlandırma mərasimi beynəlxalq  qala gecəsi aprel  ayında İstanbulda keçiriləcək və biz komanda olaraq ölkəmiz üzrə nümayəndə olaraq  yaxından iştirak  edəcəyik. Həm mükafatlandırma mərasimində, həm də qala gecəsinin  təşkilində.

 

Tural Ələkbərovdan SEVƏRLƏRİNƏ ŞAD XƏBƏR: İki yeni  film və... - MÜSAHİBƏ

 

Daha  çox  gənclərə  dəstək  olan  bu  kimi tədbirlərin  ölkəmizdə  keçirilməsi  gözlənilirmi?

-Mükafatlandırılma  mərasimlərin təşkili sırf motivasiya xarakteri  daşıyır. Müxtəlif sahələrdə uğur  qazanmış insanlar  var ki,  bəzən doğurdan da hər birimizin motivasiyaya ehtiyacımız olur. Gördüyümüz işləri ortalığa çıxarmaq istəyi duyuruq.  Bu daha  çox  pərdə  arxasında  işləyən  insanlar üçün  vacibdir. Elə  insanlar  var ki,  onların fəaliyyətləri  daima  göz  önündədir,  gündəmdədir,  elə də  insanlar  var ki,  onların  fəaliyyəti  göz önündən uzaqdır,  biraz  arxa yerlərdə  yer  alır  və  həmin insanlar  daha  çox  məsülliyətli işlərlə  məşquldurlar təbii ki. Mən düşündüm ki, biz mükafatlandırma mərasimlərinin təşkiliylə müxtəlif sahələrdə olan insanları  bir araya yığa  bilərik.  Bizim  keçirdiyimiz  motivasiya tədbirlərində  altı yüzə  yaxın  bir  kütləni qala gecəsi  şəklində  toplayırıq.  Əlbətdə ki, möhtəşəm təşkil olunur. Hər kəs  öz  brendi, kiçik  biznesi, fərdi fəaliyyəti  haqqında  bu tipli  tədbirlərdə  çox  rahat  bir  şəkildə məlumat  verə  bilir. Buradan müştəri bazası, prestij, reklamda qazana bilər. İştirak edən hər  kəsin bir  məqsədi  var, bu məqsədlər  böyük maliyyə aparmır  sadəcə  öz  işlərimiz, biznesmiz, fərdi  fəaliyyətlərimiz üçün  çox faydalıdır. Böyük və güclü tədbirlərə ehtiyac var. Zövqlər  bir daha sübut  etdi ki, bu tipli tədbirlər artıq beynəlxalq  səviyyədə ölkəmizdə geniş şəkildə təşkil edilə bilər. Bizim növbəti  tədbirimiz İstanbulda baş tutacaq, artıq hazırlıqlarımız  başlayıb.

 

Tural Ələkbərovdan SEVƏRLƏRİNƏ ŞAD XƏBƏR: İki yeni  film və... - MÜSAHİBƏ

Bundan  öncə  Türkiyədə  keçirilən “Altın Boğaz  Ödülleri”  törənində “Yılın en iyi çıkış yapan dizi  oyuncusu”  mükafatına  layiq  görüldüz. Azərbaycanlı  gənc  bir aktyor  olaraq  nə  kimi  hisslər  yaşadınız?

-Bəli, “Yılın en iyi çıkış yapan dizi oyuncusu” mükafatını aldım. Çox maraqlı  hisslər idi. Nəzərə  alsaq ki,  bu mükafat  artıq Türkiyədə ikinci ildir təşkil olunur və  ilk  azərbaycanlı aktyor  olaraq  mükafat  almağım  mənim  üçün  çox  böyük  məsülliyyət  oldu. “Altın Boğaz Ödülleri” törəninə ona  yaxın Azərbaycandan  iş  adamları, müxtəlif  sahələri  təmsil  edən insanlar  getmişdi və onların arasında  bizlərdə  vardıq. Bu  mükafat  mənə  təltif  edildikdən  sonra  sərfəli  oldu.  Yeni  seriala  və  iki  filmə  dəvət  aldım. Sənətkarların  mükafatlandırılması  çox  böyük hissdir, dəyərdir, motivasiyadır  və  buna  çox  ehtiyacımız  var.

Xarici  ölkələrdən  təkliflər  alırsınız?

-Daha  çox  Türkiyədən təkliflər alıram. Aktyor kimi  yox,  “Caspian Events Group”  olaraq  yeni lahiyə  təklifləri  alırıq. Amma bu  yaxınlarda bir  neçə  türk  menecerləri  ilə  danışıqlarım  olacaq. Bir  aktyor  olaraq  Türkiyə  seriallarında  və  ya  filmlərində  şərait  olduqca  iştirak  etmək  istəyirəm. İnşallah, bununla  bağlı  düşüncələrim  var və yaxın zamanda ciddi  addımlar  atacağam.

Gələk  şəxsi  həyata. Bu  il evlilik həyatına  addımladız. Evlilik,  həyatınıza necə dəyşikliklər gətirdi?

-Evlilik  həyatımda  dəyşiklik...(düşünür). İş  həyatımda dəyşiklik  olmadı,  əvvəlki  işlərimə  davam edirəm. Evlilik  həyatı  çox  yaxşı  bir  şeydir  və hər  bir  insana  mütləq evlənmək  zərüridir.  İnsanın  həyatında onu  dəstəkləyəcək,  yanında  olacaq  birinin  olması  çox  vacibdir. O, insanın gələcək  işlərinə  bilavasitə  təsir  edən  məqamdır.

 

Tural Ələkbərovdan SEVƏRLƏRİNƏ ŞAD XƏBƏR: İki yeni  film və... - MÜSAHİBƏ

Yeni ekran işlərində sizi görəcəyik mi? Sonda izləyənlərinizə nə söyləmək  istərdiniz?

-Hal-hazırda ATV -ə  kanalında  yayımlanan “Bir Qadın”  serialında  bir  illik  müqavilə  əsasında  əsəs  rollardan  birini  canlandırıram. Mənim  üçün  yeni  bir  obrazdır,  yeni  bir  hissdir,  çalışdığım  qədər ilə  obrazın  öhtəsindən  gəlirəm. Bildiyiniz  kimi, “Oscarfilm production”  şirkəti  tərəfindən  ekranlaşdırılır,  qurluşçu  rejissoru  Şahin  Qəhrəmana  və  bütün  kollektivə ,  yaradıcı  heyətə  öz  minnətdarlığımı  bildirirəm. Bütün  çəkliş  heyətinin, kollektivin  aktyora inanması,  onu  bu  obrazda  görməsi əsasdır.  Xüsusən  rejissor aktyora  güvənirsə,  aktyorun  bu  işdə  uğur  qazanmaması  mümkün  deyil.Bizi  izləyənlərə  söyləmək  istərdim  ki,  bizi  yeni  lahiyələrlə  gözləsinlər,  bu  yaxınlarda  iki  filmimiz  çəkiləcək  yəqin  ki, yeni  ildən  filmlər  işıq  üzü  görəcək. Doğrudur,  yeni  filmlər  barədə  məlumat  vermək  hələ  tezdir,  çünki  bu  haqda  danışmağa  icazəmiz  yoxdur, detalları  açıqlamırıq.  İki  bədii filmlə  qarşınızda  olacayıq  və  “Caspian  Events Gruop”  olaraq da  bir  neçə  yerli, beynəlxalq layihələr  həyata  keçirəcəyik. Son  olaraq  sizə  öz  minnətdarlığımı  bildirirəm  daima  məni  diqqət  mərkəzində  saxladığınız  üçün. Uğurlarımı  bölüşdüyünüzə  görə  təşəkkür  edirəm. 

Siz də  sağ olun, Tural  bəy. Uğurlarınızın  davamlı  olmasını  diləyirik.

 

Səidə Seyidova

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ