SON DƏQİQƏ
» » Niyazi adına simfonik orkestrinin 85 illiyinə həsr olunmuş konsert proqramı

Niyazi adına simfonik orkestrinin 85 illiyinə həsr olunmuş konsert proqramı

Tarix:

11-01-2017, 20:36

/ 5 205 dəfə oxundu.
Niyazi adına simfonik orkestrinin 85 illiyinə həsr olunmuş konsert proqramı

M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Televiziya və Radiosunun Niyazi adına simfonik orkestrinin 85 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbir Mədəniyyət və Turizm Nazirliyi və "Mədəniyyət” kanalının birgə təşkilatçılığı ilə reallaşdırılıb.
Tədbirdə orkestrin yaranması, Azərbaycan Televiziya və Radiosunda, o cümlədən ölkəmizin mədəni həyatındakı fəaliyyəti haqqında ətraflı məlumat verilib.
Daha sonra simfonik orkestrin müşayiəti ilə konsert proqramı təqdim edilib. Konsertdə respublikanın tanınmış ifaçıları xalq və bəstəkar mahnılarını səsləndiririblər.
Orkestrə Əməkdar İncəsənət Xadimi Nazim Hacıəlibəyov dirijorluq edib. Konsert proqramı maraqla qarşılanıb. 

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ