SON DƏQİQƏ

Nəsibə Zeynalovanın vəfatından 14 il ötür

Tarix:

10-03-2018, 12:12

/ 11 112 dəfə oxundu.
Nəsibə Zeynalovanın vəfatından 14 il ötür

Azərbaycanın görkəmli teatr və kino aktrisası, Azərbaycan SSR-i Xalq artisti, Azərbaycan SSR Dövlət Mükafatı laureatı, görkəmli gülüş ustası, Azərbaycan səhnəsinin parlaq ulduzu, xalqın sevimli sənətkarı Nəsibə Zeynalovanın anım günüdür.

Gunaz.az-ın məlumatına görə, Nəsibə Zeynalova 1916-cı il aprelin 20-də Bakıda dünyaya gəlib. Atası Kərbəlayı Cahangir tanınmış tacir, sevimli aktyor, Azərbaycan milli realist aktyor məktəbinin banisi olub.

Gənc Nəsibə 1934-cü ildən mövsümi fəaliyyət göstərən səyyar Kolxoz və Sovxoz Teatrında aktrisa işləməyə başlayıb. 1938-ci ildə Bakı Teatr Texnikumuna daxil olub. Texnikumu bitirəndən sonra Musiqili Komediya teatrında fəaliyyətini davam etdirib. Lakin bəxtindən teatr 1949-cu ildə müvəqqəti olaraq bağlanıb və aktrisa həmin ildən Bakıdakı Nizami adına kinoteatrın yay zalında kassir, mədəniyyət evində dram dərnəyinin rəhbəri, Filarmoniyanın estrada sektorunda aktrisa işləyib. 1956-cı ildə Musiqili Komediya Teatrı yenidən qapılarını tamaşaçıların üzünə açıb və Nəsibə xanım doğma sənət ocağına qayıdıb.

Kolorot ustası N.Zeynalova kino sənətində də uğur qazanıb. “Bizim Cəbiş muəllim”, “Ögey ana”, “Böyük dayaq”, “Qanun naminə”, “Bəyin oğurlanması”, “Mən mahnı qoşuram”, “Qorxma, mən səninləyəm”, “Yuxu” və bir neçə filmlərdə əsasən kiçik rollar oynamasına baxmayaraq, hər bir obrazı yaddaqalan, baxımlı etməyi bacarıb.

Aktrisanın “Qaynana”da Cənnət, “Dərviş Məstəli şah”dakı Xanpəri, “Gözün aydın”da Nargilə, “Durna”da Şərəf və Nisə, “Toy kimindir”də Məsmə, “Qızıl axtaranlar”da Rəxşəndə, “Altı qızın biri Pəri”də Cəhrə xala, “Ulduz”da Züleyxa kimi səhnə obrazları zəngin ifadə vasitələri, yumorun milliliyi, təbii reallığı ilə teatr inciləri sırasında durur.

Nəsibə xanım artıq həyatda olmasa da, Azərbaycan xalqının qəlbindən onun adı heç vaxt silinməyəcək. Çünki o hələ sağlığında ikən öz əbədiliyini qazanmışdı.

Xatırladaq ki, Xalq artisti Nəsibə xanım Zeynalova 2004-cü il martın 10-u, Teatr Günü dünyasını dəyişib. Həyat onun adını teatrla yanaşı yazdı.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ