Rusiyanın xalq artisti vəfat edib.
Gunaz.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə aktyorun çalışdığı Moskva Satira Teatrı məlumat verib.
Uzun müddətdir ki, ağır xəstəliklə mübarizə aparan Derjavin 1936-cı ildə Moskvada anadan olub. Şukin adına texnikumu bitirdikdən sonra Lenin adına Moskva Teatrında işləməyə başlayıb. O, 1968-ci ildən Satira Teatrında fəaliyyət göstərib.