SON DƏQİQƏ

Teleaparıcı: "Nə sevgilim, nə maşın alanım var"

Tarix:4-01-2017, 21:37

Teleaparıcı Könül Muxtarova pərəstişkarının ona avtomobil bağışlaması haqda yayılan xəbərlərə aydınlıq gətirib. 
Musavat.com saytına açıqlama verən teleaparıcı yayılan xəbərlərin əsassız olduğunu deyib: "Pərəstişkarımın mənə avtomobil alması yalan söhbətdir. İlk avtomobilimi 6 il öncə özüm almışam. 6 ildir ki, o maşını sürürəm. Pərəştişkarlarımdan biri telekanala yaxınlaşan kimi avtomobilimin üzərinə güllər tökürdü. Hədiyyələr, gül dəstələri göndərirdi.  Bunu boynuma alıram. Xəbər portallarında maşın şəkili paylaşılmışdı ki, guya sevgilim alıb. Yalan söhbətdir. Mənim nə sevgilim, nə maşın alanım var".
Muxtarova şəxsi həyatından da danışıb: "Mən anayam. Nə sevgili, nə də ərə getmək haqda düşünürəm. Bəlkə də hər qadının həyatında kimsə olmalıdır. Amma mən hələ şəxsi həyat haqda düşünmürəm. Başım işə qarışıb. Övladıma istədiyim kimi vaxt ayıra bilmirəm, sevgiliyə necə ayırırm? Hansı sevgili  məni qəbul edər? Hələ ki, tək olmaq yaxşıdır".
Teleaparıcı "Xəzər" televziyasından "Lider"ə keçməsindən də söhbət açıb: 
"Daimi bir yerdə çalışmaq çətin məsələdir. Bu bəxtdən asılıdır. "Xəzər" kollektivi mənim üçün doğmadır. Amma mənə daha yaxşı təklif gəldiyi üçün iş yerimi dəyişdim. Hər şənbə-bazar  əyləncəli veriliş təqdim edirəm.  Artıq "Lider" kollektivinə də öyrəşmişəm. Hər şey yaxşıdır". (Könül İbrahim)

Gunaz.az

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<