SON DƏQİQƏ

Dəvəmi, Ərəbmi?

Tarix:1-04-2021, 15:10 Oxunub:5 112

 Ədib İSAOĞLU

Ulularımızdan bizə qədər gəlib çıxan kəlamlardan biri də, "dəvəsi ölmüş Ərəb" məsəlidir. Yəni ki, ərəbin dəvəsi öldüsə, ta özü ölsə ondan yaxşıdır. Ancaq deyəsən heç də belə deyil. Ulu Tanrı bu ərəblərə o qədər sərvət (neft) veribki, dəvə ölsədə bunlar o qədər də narahat olmurlar. Əksinə, bunlar dəvəni də öz əcəli ilə ölməyə qoymurlar ki, yazıq dəvə kirimişcə ayağını uzadıb ərəbcə kəlmeyi-şəhadətiynən ölsün. Yazıq dəvəni elə ayaq üstəcə ürəyindən şişi soxub öldürürlər, sonra da bütövcənə bişirib kirli əlləri ilə təpilirlər cəmdəyə. Hansı ki, dəvə cəmiyyətə onlardan çox fayda verir...

Dəvə kimi mötəbər heyvandan söhbət açılmışkən İsa babadan nəsihətamiz bir məsəl düşdü yadıma. İsa baba belə nəql edirdi ki, günlərin birində karvanın başını çəkən nər dəvə ölüm ayağındaydı. Sarvan nər dəvənin başını almışdı qucağına, tumarlayırdı. Dəvənin də gözlərindən yaş gəlirdi, Sarvanında. Sarvan nəri tumarlaya-tumarlaya halallıq almaq istəyirdi. Nər dil açıb Sarvana deyir: «İndiyə qədər mənə çox əziyyət veribsən. Duz yükləyibsən daşımışam, ağır sandıqlar yükləyibsən daşımışam, özün minibsən aparmışam, yüküm yüngül yun olub, qaçmayım deyə yunu isladıbsan, səhərə qədər soyuqdan titrəmişəm. Bunların hamısını sənə halal edirəm. Ancaq sənə bir şeyi halal etmirəm ki, bir dəfə mənim ovşarımı aparıb bağladın çal eşşəyin quyruğuna».

Gördünüzmü, cəmiyyət üçün dəvə ərəbdən faydalıdır. Ərəblərin dünyaya zərərdən başqa xeyirləri yoxdur. Neçə illərdir ki, daraşıblar Azərbaycan təbiətinin canına. Ağıla gəlməz ədalarıynan təbiətimizi məhv edirlər.

Aman günüdür pul qarşılığında məhv etməyin təbiətimizi, ay pulgir məmurlar. Təbiət sizin deyil, xalqındır. İsa baba 40 il təbiəti mühavizə müfəttişi olaraq Naxçıvan təbiətini əsasən erməni vandallarından öz malı kimi qorudu. Heç vaxt nə rüşvət aldı, nədə gözükölgəli oldu. Hansı ki, ermənilər 15 gün ov etmək qarşılığında 15 min rus rublu təklif etmişdilər ona. İsa baba hər zaman deyirdi ki, «mən təbiəti övladım və ya nəvəm üçün qorumuram, xalqım üçün qoruyuram».

Örnək götürün, İsa baba kimi Vətən sevdalılarından olun, cənab «təbiəti qoruyan» məmurlar.

İndi özünüz deyin, ərəbin dəvəsi ölməlidir, ya dəvənin ərəbi?

 



FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<