SON DƏQİQƏ
» » Həyasız qonaq və ya pandemiyanın həyasızlığı

Həyasız qonaq və ya pandemiyanın həyasızlığı

Tarix:

8-06-2020, 18:32

/ 4 175 dəfə oxundu.
Həyasız qonaq və ya pandemiyanın həyasızlığı

Ədib İSAOĞLU
Dünyanı bürümüş korona virusu bütün proqramları pozduğu kimi, insanların həyatında da fəsadlar törətməkdə davam edir. Şənbə və bazar günlərinin "qapanma" çağrışı, bəzi narazıçılıqlarla yadda qaldı. Vallah biz Naxçıvanlıların, Naxçıvan rəhbərliyinə dərin təşəkkür borcumuz var. Naxçıvan rəhbərliyi Dünyada baş verən pandemiya dövrünü, demək olar ki bizə hiss elətdirmədi.
Pandemiyadan əvvəl Bakı şəhərində yaşayan əmimoğlu bizə qonaq gəldi. Gəldi xoş gəldi onda işim yox. Amma belə bir zərb məsəl var deyir: "Qonaq birinci gün qızıldı, ikinci gün gümüşdü, üçüncü gün misdi, dördüncü gün pisdi". İndi ay əmoğlu dörd yoxey beşdə keçdi, onda, iyirmidə, altmışda nə düşünürsən, İsa babanın nağıl elədiyi "Həyasız qonaq" məsəlini sənin üstündə tədbiq edək? Necə? siz həyasız qonaq məsəlini bilmirsiz, onda deyim bilin.
İsa baba nağıl edirdi ki, bir gün bir evə qonaq gəlir, bizim bu əmoğlu kimi, bir gün, üç gün, beş gün, amma getmək istəmir ki. istəmir. Ailə yığışır məsləhətə ki, bəs nə edək. Evin xanımı deyir mən çarə tapdım. Xanım gedir bulağa tezdə qayıdır.
Kişi başımıza xeyir qonaq qardaşgilin kəndindən xəbər gətiriblər. Deyirlər Vəba xəstəliyi düşüb, camaat qırılır hərə öz ölüsün ancaq basdırır. Qonaq deyir.
Ay bacı səni sağolasan, məndə hazırlaşırdım sabah getməyə. Yaxşıki dedin ta niyə gedirəm, getsəydim məndə yoluxacaydım.
Kişi arvadı çəkir qırağa, ay sənin planınla başına daş düşsün qonağı ürkütdün sabah gedəcəymiş. Yazıq arvad iki gündən sonra sevincək girir içəri.
Kişi muştuluğumu ver qonaq qardaşın kəndində salamatçılıq imiş xəstəlik zad yoxumuş. Qonaq deyir sağol ay bacı məndə narahat olmağa başlamışdım, deyirdim sabah gedim ölülərimizi basdırım ta niyə gedim, səni şad xəbər olasan. Kişi deyir arvad sən birdə ağzını açma, gör mən bunun başına nə oyun açacam. Kişi "Beşaçılan"ı verir oğluna deyir, çıx bacadan içərini güllələ. Ev sahibiylə qonağın söhbətinin şirin yerində oğlan gülləni yağdırır evin ortasına. Qonaq təpilir ev sahibinin arxasına:
Ay qardaş bu nə güllə borandı?
Qonaq qardaş bu mənim qonşumdur, mən on il qabaq bu qonşumun qonağını öldürmüşəm, indi bu qisas almaq istəyir. Nə olar, qisas almaq istəyir alsın, sən çıx bayıra qoy səni öldürsün mən o qonşumu qonaq üzünə həsrət eləməsəm məndə kişi deyiləm. Qonaq yalvarmağa başlayır:
Ay sənin balalara qurban olum mən öləndən sonra neynirəm sənin qonşunun qonağı gəldı ya gəlmədi.
Yaxşı bə neyniyək?
Nə eləyirsən elə məni balalarınin başına dolandır burdan çıxart.
Ay arvad o, çarşabınnan səhəngi gətir görək, qonağı sənə oxşadıb göndərək bulağa, bəlkə canı qurtara. Arvad paltarı geyinən qonaq, ilan əlindən qurtaran qurbağa kimi kəndi tərk edir.
Əmoğlu get dua elə ki, yollar açılsın. Yoxsa həyasız qonağın başına gələn sənində başına gələcək.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ