SON DƏQİQƏ
» » Müharibə və koronavirus: «İlahi» qüvvənin istəyi

Müharibə və koronavirus: «İlahi» qüvvənin istəyi

Tarix:

19-03-2020, 14:36

/ 3 147 dəfə oxundu.
Müharibə və koronavirus: «İlahi» qüvvənin istəyi

 Asəf ABBASOV

Dövrümüzün çətin günlərini yaşayırıq desəm yanılmaram. Bu gün bütün dünyanı silkələyən məhəlli müharibələr, epidemiyalar bəşəriyyəti bir sıra suallar qarşısında qoyub. Gedən müharibələr və yayılan epidemiyalar bir təsadüfdür, yoxsa hansısa «ilahi» bir əlin vasitəsilə həyata keçirilir? Yoxsa bu qlobal problemlərdən biri sayılan əhali sayının artımının qarşısının alınmasına hesablanıb?...
Təbii ki, suallar çox, cavablar isə mücərrəddir. Real olan isə son 10 illiyimizin müharibələrinin heç birinin təsadüfdən deyil, hansısa güclərin vasitəsilə başlaması və davam etməsidir. Bəs bu uzanan əllərin katalizator rolunu daşımasında məqsəd nədir? Təbii ki, əsas iqtisadi, regional və ən nəhayət əhali artımının qarşısının alınmasına hesablanmış maraqlar.
Bu məqamda vaxtı ilə ingilis iqtisadçı-alimi Tomas Robert Maltusun qələmə aldığı "Əhalinin sayı (populyasiyası) nəzəriyyəsi" kitabı yada düşür. Deməli, bəzi Qərb dairələrinin bu gün də Maltusu peyğəmbər sayması təsadüfi deyilmiş. Alim hələ 18-ci əsrin sonlarında deyirdi ki, insan sayının artmasının qarşısını almaq üçün müharibələrin baş verməsi və epidemiyaların yayılması mütləqdir. Bir çox alimlər Maltusun bu nəzəriyyəsini «vəhşi nəzəriyyə» adlandırsa da bunun yayılmasında bəzi zərurətlərin olması şübhə doğurmur.
Maltus əhalinin sayının qida maddələrinin kəmiyyəti ilə uzlaşmadığını söyləyir və fikrinə sübut olaraq hətta bir düstur da irəli sürürdü. Bu düstura görə dünya əhalisinin sayı həndəsi silsilə üzrə, qida maddələrinin kəmiyyəti isə ədədi silsilə ilə artır. Görünən odur ki, bütün dünyanı bürüyən məhəlli müharibələr, epidemiyalar sanki bir gizlin əl vaitəsi ilə Maltusun ideyalarını həyata keçirir.
Təbii ki, bu gün Maltusun kabusu Yer kürəsində dolaşarkən kütləvi insan qırgınlarına lüzumsuz halda qol qoyanlar boş yerə özlərinə haqq qazandırmasınlar. Çünki Maltusdan fərqli olaraq hələ də ruhunu Mefistotellərə satmayan alimlər vardır ki, onlar insanları məhv edən deyil, xilas edə biləcək kəşflər edir və edəcəklər. O cümlədən müharibə və koronavirus epidemiyasından da qurtuluş yolunun tapılması mümkün olacaq. Ancaq nə vaxt?
Başa düşülən məqam odur ki, bu tapıntı da həmin «ilahi» qüvvənin istədiyi vaxtda baş verəcək. Necə ki, tarixdə bir çox ölkələri mübaribədən də betər viran qoyan epidemiyalar kimi hələ məhvetmə prosesini yaşayır.
Xatırladaq ki, bəşər tarixində taunun üç ən ağır pandemiyası məlumdur:
527-ci ildən 580-ci ilə qədər davam edən birinci pandemiya tarixə "Justinianın taunu" adı ilə daxil olmuşdur. O, Misirdəbaşlamış, Aralıq dənizininliman şəhərlərinə və digər Yaxın Şərq ölkələrinə yayılmış və Avropayakeçmişdir. Bu pandemiya zamanı təxminən 100 min insan tələf olmuşdur.
"Böyük", yaxud "qara ölüm" adlı, 50 milyondan artıq insan tələfatına səbəb olmuş ikinci pandemiya 1334-cü ildə Çindəbaş vermiş, sonralar Hindistana, Afrikayavə Avropayayayılmışdır. 1352-ci ildə Avropanınəhalisinin 1/3 hissəsi, 25 milyon adam taundan məhv olmuşdur. 1364-cü ildə taun Asiyadan Rusiyanınşimal-qərb, mərkəzi və cənub-şərq vilayətlərinə keçmişdir... 1442-ci ildə Venesiyadavə demək olar ki, eyni vaxtda Rusiyada ilk dəfə olaraq taun əleyhinə karantin tədbirləri tətbiq edilmişdir.
Taunun üçüncü pandemiyası 1894-cü ildə Honkonqdabaşlamış bir milyondan çox insanın tələfatına səbəb olmuşdur. Sonrakı 10 ildə taun dünyanın bütün kontinentlərinin 87 liman şəhərlərinə yayılmış, 12 milyondan artıq insan qırılmışdır…
Günümüzdəki epidemiya da özünün sərt üzünü bəşəriyyətə göstərməkdədir. Belə ki, koronavirus pandemiyasının yayılma arealı günü-gündən genişlənir. Tələf olanların sayı da dünyada dinamik şəkildə artmaqdadır.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son rəsmi statistikasına görə, dünyada virusa yoluxanların sayı 200 min nəfəri, həlak olanların sayı 8 mini ötüb, sağalanların sayı isə 82 813 nəfərdir. Pandemiya elan olunan epidemiya 167 ölkədə yayılıb. ÜST fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Son zamanlaradək elm üçün naməlum qalan virusun müalicəsinin tapılması üzərində alimlər hələ də baş sındırır. Sars virusunun qohumu adlandırılan virus isə dekabrdan bu yana minlərlə can alıb və almaqdadır. Bəşəriyyət isə virusun qarşısını alacaq «ağ atlı oğlan»ın nə vaxt peyda olacağını səbirsizliklə gözləməkdədir…
Günümüzdəki epidemiyanın ağır fəsadlarının nə qədər çəkəcəyi isə qeyd etdiyimiz kimi hələ ki, bir müəmmadır. Bilinən yalnız odur ki, bu «dəyirman» da deyəsən hələ çox su aparacaq. Üzərimizə düşən isə bu pandemiyadan qorunmaq və ətrafımızı yoluxdurmamaq üçün göstərilən tövsiyələrə ciddi əməl etməyimizdir.
Allah xalqımızı, millətimizi bu «ilahi» qüvvənin şərindən qorusun…
Asəf ABBASOV

 


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ