SON DƏQİQƏ

Rəisə 1360 manatlıq CİNAYƏT İŞİ

Tarix:

16-11-2019, 14:32

/ 2 373 dəfə oxundu.
Rəisə 1360 manatlıq CİNAYƏT İŞİ

Ağsu şəhərində ağacların kəsilməsi ilə bağlı Nazirliyə daxil olan şikayət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli ekologiya idarəsinin əməkdaşları tərəfindən araşdırılıb.

Nazirliyin mətbuat xidmətindən GunAz.az-a verilən məlumata görə, araşdırma zamanı şəhərin Molla Vəli Vidadi küçəsində 6 söyüd ağacının icazəsiz kəsildiyi aşkar edilib.

Ağacların Ağsu Yaşıllaşdırma və Abadlaşdırma MMC-nin rəisi Namiq Mürsəlovun göstərişi ilə kəsildiyi və təbiətə 1360 manat məbləğində ziyan dəydiyi müəyyən olunub. Faktla bağlı akt tərtib edillib. Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər qanunamüvafiq tədbirlərin görülməsi üçün Ağsu şəhər Prokurorluğuna göndərilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ