SON DƏQİQƏ
» » “YARAT”da İmadəddin Nəsimiyə həsr olunmuş yeni albomun təqdimatı olacaq

“YARAT”da İmadəddin Nəsimiyə həsr olunmuş yeni albomun təqdimatı olacaq

Tarix:

2-10-2019, 18:30

/ 1 609 dəfə oxundu.
“YARAT”da İmadəddin Nəsimiyə həsr olunmuş yeni albomun təqdimatı olacaq

Bakıda məşhur “Les Gardiens Du Silence” musiqi qrupunun şair İmadəddin Nəsimiyə həsr olunmuş yeni albomunun təqdimatı olacaq.

GunAz.az xəbər verir ki, oktyabrın 7-nə nəzərdə tutulan tədbir “YARAT” Müasir İncəsənət Mərkəzində gerçəkləşəcək.

2015-ci ildə əsası qoyulmuş qrup, musiqinin mistik imkanlarının öyrənilməsi ilə məşğul olur. Qrup Misir, Şumer, Babil və Yunanıstan kimi qədim dövlətlərin musiqi və mədəniyyətlərinə əsaslanaraq yaradılıb. 2017-ci ildə kollektiv “Divine Balance: Feminine. Divinity” adlı ilk albomunu buraxıb. Onların musiqisi əsasən qəlbin rahatlığı, meditasiya, özünü dərk etmək üçün istifadə olunur. Janrları isə dünya musiqisi, yeni dövr musiqisi, etno-ruhi və qədim folk musiqisini əhatə edir.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ