SON DƏQİQƏ

"Unutmayaq, Unudulmayaq"- 8 Fevral

Tarix:8-02-2017, 01:32 Oxunub:7 260

 Jül Vern

Fransiz yazıçısı Jül Vern 8 fevral 1828-ci ildə anadan olub.  O,  ədəbiyyatda elmi fantastika janrının ən görkəmli nümayəndələrindən biri hesab olunur. Ona dünya şöhrəti gətirən "Yerin mərkəzinə səyahət", "Kapitan Qrantın uşaqları", "80 gün dünya ətrafında" və başqa əsərləri misal göstərmək olar. O, YUNESKO-nun Index Translationum adlı, bütün dövrlərin ən çox tərcümə edilən  müəllifləri siyahısında ikinci yerdə qərarlaşıb. Bir çox əsərlərinin motivləri əsasında filmlər çəkilib.

 

***

Cem Qaraca  

2004-cu ilin 8 fevralında türk musiqisinin ən önəmli sənətçilərindən biri Cem Qaraca dünyasını dəyişib. Rok musiqisini Anadolu insanlarına öz doğma türk dilində tanıdıb və sevdirib. Anadolu rok musiqisinin yaradıcılarından və bu musiqinin əfsanəvi ifaçılarından biri hesab olunur.
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<