SON DƏQİQƏ

"Unutmayaq, Unudulmayaq"-19 Yanvar

Tarix:

19-01-2017, 14:09

/ 6 446 dəfə oxundu.
"Unutmayaq, Unudulmayaq"-19 Yanvar

Pərviz Quliyev

Əməkdar incəsənət xadimi, kino rəssamı, fotoqraf-rəssam Pərviz Quliyev 19 yanvar 1942-ci ildə Bakıda anadan olub. O, 1961-ci ildən "Azərbaycanfilm" kinostudiyasında laborant, az sonra fotorəssam, usta-fotoqraf, 1967-ci ildən isə foto sexin müdiri vəzifəsində çalışır. Ömrünün 50 ilini kinonun inkişafına sərf edib. 50 il ərzində tanınmış rejissorlarla 40-a yaxın filmin çəklişində iştirak edib. Şəxsi təşəbbüsü ilə kinostudiyada çəkilən fotoşəkillərin və neqativlərin arxivini yaradıb.
 

***

Edqar Allan Po 

ABŞ yazıçısı, şair, dramaturq, naşir və ədəbi tənqidçi Edqar Allan Po 1809-cu il 19 yanvarda dünyaya göz açıb. O,  Amerika ədəbiyyatında romantik hərəkatının liderlərindən biridir. Qısa oçerklər, detektiv və kriminal-fantastik janrlarda hekayələr yazan ilk Amerika yazıçılarından biri kimi də qəbul olunur, həmçinin elmi-fantastik janra da töhfələr verib. Belə zəngin ədəbi irsə malik olan yazıçı bu nailiyyətlərə qırx illik qısa ömrü çərçivəsində nail olub. Ölümünün səbəbi hələ də sirr olaraq qalır. Alkoqol və narkotik maddələrdən ifrat istifadədən başlayaraq, vəba xəstəliyi, quduzluğa yoluxma, intihar, vərəm, ürək çatışmazlığı və s. ölümünə mümkün səbəblər kimi göstərilir.
 

 ***

Elman Rəfiyev

Azərbaycanlı teatr və kino aktyor, Pantomima Teatrının direktoru, Əməkdar artist Elman Rəfiyev 1971-ci ilin bu günü Sumqayıtda doğulub. O, 1988-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram və kino aktyoru" fakültəsinə daxil olub və 1992-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirib. O, Əli Əmirlinin "Meydan" (Zabit), R.Əlizadənin "Tıq-tıq" (Cuk), "Laləli düzən" (Abon), Bəxtiyar Xanızadənin "Nağaraçılar" (Sırtıq), "Kvaksafon" (Qurbağa), "Şərqə səyahət" (Aparıcı), "Yaponiyaya səyahət" (Diktor), "Hindistana səyahət" (Motosikletçi), "3 badam, 1 qoz" (Qoz), "Zibillik pərvanələri" (Şah, Skripkaçı), "Eşq" (Vərəq), "Kölgə" (Polis), S.Mrocekin "Karol xofu" (Baba), Ə.Haqverdiyevin "Kimdir müqəssir?" (Şeytan) tamaşalarında rollar canlandırıb, müxtəlif televiziya tamaşalarında, eləcə də filmlərdə çəkilib. Səhnə təxəllüsü Kloun Ninidir.
 
скачать dle 12.1

Şərhlər