Yəqin ki, siz də düyünü səhv bişirənlərdənsiniz.
GunAz.az bildirir ki, alimlər sübut edib ki, hətta peşəkar aşpazlar belə düyünü
qaydasında bişirə bilmir.
Deyəcəksiz ki, düyüdür, necə bişdi nə fərqi, əsas
yumşalsın, dadı olsun, yağı vurulub yeyilir.
İş ondadır ki, düyü orqanizm üçün zərərli ola biləcək
qidadır.
Məsələ düyüdə yox, onun plantasiyalarda
yetişdirilmə texnologiyasındadır. Düyü tarlaları çox vaxt suyun içində olur.
Düyünn kökü torpaqdan kremnezin alır, lakin bu zaman torpaqda olan zəhərli mərgümüş,
yəni daha çox stomatoloqların diş siniri öldürərkən bir vaxtlar istifadə etdiyi
mərgümüş də kremniy kimi maddə olduğundan düyü tərəfindən mənimsənilir. Bitkidə
mərgümüşün daha çox toplandığı yer isə düyünün özü olur.
Sübut olunub ki, düyü digər taxıllarla nisbətdə
daha çox mərgümüş udur. Bu da onun su ilə bol torpağından qaynaqlanır.
Düyü yetişdirilən ölkədə, sahədə torpaq nə qədər
çox pestisidlərlə çirklənibsə, orda yetişdirilən düyü bir o qədər toksiki olur.
Məsələn, beynəlxalq rəqəmlərə görə hind düyüsünün
1 qramında 0,05 mkq mərgümüş, Avropa düyüsündə 0,15 mkq, amerikan düyüsündə
0,26 mkq mərgümüş olur. Təsəvvür edin, bizim istifadə etdiyimiz müxtəlif ölkələrin,
hətta Çinin düyüsündə nə qədər mərgümüş var.
Medicina.az bildirir ki, insan orqanizmi üçün zəhərli
təsir göstərən mərgümüş sinir sistemini dağıdır, insanın beynini toksinləşdirir,
qaraciyəri sıradan çıxarır, şiş yaradır. Düyüdəki mərgümüşü neytrallaşdırmağın
yeganə yolu onu düzgün bişirməkdir.
Maraqlısı odur ki, düyünün düzgün bişirilməsinə məhz
çinlilər və yaponlar əməl edir. Hansı ki, Avropa və Amerika bunu bilmir.
Qaydaya baxanda görürürük ki, Azərbaycanda da qədimdə nənələrimiz düzgün
bişirirdilər. Amma indi müasir qadınlar asan yolu seçib, rus, türk üsulu düyü
süzürlər.
Düyüdəki mərgümüşü təmizləmək üçün düzgün yol:
düyünü yuyub, üzərinə bol su alıb, gecədən islağa qoymaqdır.
İngiltərənin Kral Universitetinin professoru Endi
Miyerq düyünün düzgün bişirilməsini belə izah edib:
- Lazım olan qədər düyü götürüb, onun 3 misli qədər
təmiz su alınır. Yəni 1 kq düyüdürsə, 3 litr su tökürsüz.
- Düyü suda gecədən səhərə kimi, azı 10 saat
qalır.
- Daha sonra o su atılır. Düyü bir neçə dəfə,
suyu təmiz çıxana kimi yuyulur.
- Daha sonra düyü qurudulur.
- Qazana 5/1 nisbətində su alınır, duz əlavə olunur
və qarışdırılır.
- Qaynara düşən kimi, qapağı bərk örtülüb, zəif
odda 10 dəqiqə bişirilir.
- Çəngəllə və ya taxta qaşıqla düyünün içində
buxarının çıxması üçün dəliklər açın.