SON DƏQİQƏ
» » Meyvə şirələri qazlı içkilərdən də zərərli imiş – Alimlər sübut etdi

Meyvə şirələri qazlı içkilərdən də zərərli imiş – Alimlər sübut etdi

Tarix:

25-07-2019, 20:25

/ 1 507 dəfə oxundu.
Meyvə şirələri qazlı içkilərdən də zərərli imiş – Alimlər sübut etdi

Hətta evdə təzə sıxılmış meyvə şirəsi qazlı, şirəli içkilər qədər orqanizm üçün zərərli imiş.

Bunu ABŞ alimləri son elmi araşdırmalarının nəticəsi olaraq elan edib və bildiriblər ki, təzəsıxılmış meyvə şirələri insan ömrünü qısaldır.

Tədqiqatda 14000 qadın və kişinin tibbi məlumatları tədqiq olunub. 2003-2007-ci illərdə davam edən araşdırmada orta yaş 62 götürülmüşdü. Əsasən bu insanlarda insult və infarktdan ölümə səbəblər araşdırılırdı. 

İştirakçıların 71%-də artıq çəki, piylənmə və diabetə meyillik var idi. Onların 10%-i hər gün şirin qazlı su içirdi. 5%-i isə təbii meyvə şirələri qəbul edirdi. 

6 il ərzində 1000 nəfər həyatını itirdi, 168 nəfər isə ürəyin və beynin işemik xəstəliyindən dünyasını dəyişdi.

Alimlər təyin etdi ki, gündəlik meyvə şirəsi içənlərdə bu səbəblərdən ölüm daha çox baş vermişdi. 

Risk hər 350 ml meyvə şirəsində artırdı. 

Yəni nə qədər çox təzə çəkilmiş meyvə şirəsi içilibsə, ölüm bir o qədər yaxınlaşıb.

Rəqəmlərin müqayisəsi isə daha dəhşətıi olub: həddən artıq qazlı, şirin sular içəndə erkən ölüm 11%, amma meyvə şirəsi içənlərdə 24% olub.

Beləliklə, meyvə şirələrinin uzun ömür və sağlamlıq bəxş etməsi barədə mövcud olan nəzəriyyə özünü doğrultmayıb.

İş ondadır ki, təzə meyvə şirəsində də qazlı şirin içkidə olduğu qədər və daha artıq şəkər var. Bu da insulun dirənçini artırır, diabet, piylənmə, insulta səbəb olur. Belə ki, meyvələrin şəkəri olan fruktoza qanda lipidləri artırır, iltihab və təzyiqə səbəb olur.

Alimlər meyvənin şirəsini çəkmədən, özünün olduğu kimi, xüsusən qabıqlı yeyilməsini tövsiyyə edir.

 

скачать dle 12.1

Şərhlər