SON DƏQİQƏ
» » Cinayətkarları aldatmaq üçün yeni hiyləyə əl atdılar

Cinayətkarları aldatmaq üçün yeni hiyləyə əl atdılar

Tarix:

26-12-2019, 08:00

/ 1 994 dəfə oxundu.
Cinayətkarları aldatmaq üçün yeni hiyləyə əl atdılar

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) şirkətlərə məlumat oğurluğu nəticəsində dəyən ziyanı azaltmağa kömək məqsədi daşıyan “IDLE” (Illicit Data Loss Exploitation) adlı proqram istifadəyə verib. Yeni proqram çərçivəsində şirkətlər tərəfindən qiymətli informasiyanı oğurlamaq istəyən cinayətkarları və korporativ casusları aldatmaq üçün “saxta məlumat”lar tətbiq ediləcək.

GunAz.az "ICTnews”a istinadən xəbər verir ki, “IDLE” həqiqi korporativ informasiyanı saxta məlumatlarla qatışdıraraq onları həqiqi şəklə salacaq. Beləliklə, cinayətkar tərəfindən toplanan bütün informasiyalar faydalı olmayacaq, saxta məlumatların yüklənilməsi isə İT işçi heyətini şübhəli aktivlik barədə xəbərdar edəcək. FTB nümayəndəsinin sözlərinə görə, onlar “saxta məlumat”ların yaradılmasına yardımçı olsalar da, büro bu informasiyanı özündə saxlamır və onu yalnız şirkətin razılığı ilə alır.

Bildirilir ki, proqramın effektiv olacağına zəmanət verilmir. “Saxta məlumat”ların yalnız şirkətin əsas təhlükəsizlik sistemi qismində tətbiqi tövsiyə edilir, çünki cinayətkar hücum zamanı məlumatların analizini apara bilər.

FTB nümayəndələri qeyd edib ki, proqram müxtəlif təşkilat və müəssisələrin əsas mühafizə sistemlərinin yaradılması üzrə mərhələlərdən biridir.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ