SON DƏQİQƏ

Günәşdәn әn uzaq göy cismi kəşf edildi

Tarix:

27-02-2019, 09:21

/ 10 334 dəfə oxundu.
Günәşdәn әn uzaq göy cismi kəşf edildi

Amerikanın Aviasiya və Kosmos Agentliyinin (NASA) mütәxәssisi Skot Şepard   Günəş sistemində yeni göy cismi kəşf edib. 

 

GunAz.az TRT-yə istinadən xəbər verir ki, göy cisminә “FarFarOut” adı verilib.

Bu cisim Yerlə Günәş arasındakı məsafədən 140 dəfə daha uzaqda yerləşir. Bu isə faktiki olaraq Günəşdən ən uzaq göy cismi deməkdir.

Şepard göy cismini təsadüfən kəşf etdiyini bildirib: 

 

“Dünən qar yağdığı üçün ediləcək çox işim yox idi. Ona görə də bəzi statistikalarımızı nəzərdən keçirmək istəyirdim. Bu zaman “FarFarOut”u kəşf etim. Cisim haqqında hələlik heç bir məlumata sahib deyilik”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ