SON DƏQİQƏ

ABŞ-da nə qədər azərbaycanlı yaşayır?

Tarix:

7-08-2018, 08:34

/ 10 420 dəfə oxundu.
ABŞ-da nə qədər azərbaycanlı yaşayır?

2017-ci ilin statistik göstəricilərinə görə, ABŞ-da başqa ölkələrdə anadan olmuş 49 milyon 780 min nəfər yaşayır.
GunAz.az xəbər verir ki, keçmiş SSRİ respublikalarından ABŞ-a mühacirət edənlərin arasında Rusiya liderlik edir. Bu ölkədən okeanın o tayına 420 min nəfər köçüb. İkinci yeri 380 min nəfərlə Ukrayna tutur. Ermənistandan ABŞ-a 90 min adam köç edib.
Digər yerlər belə bölüşdürülüb:
Özbəkistan – 60 min nəfər
Belarus – 60 min nəfər
Moldova – 40 min nəfər
Litva – 40 min nəfər
Qazaxıstan – 30 min nəfər
Gürcüstan – 30 min nəfər
Latviya – 20 min nəfər
Azərbaycan – 20 min nəfər
Estoniya – 10 min nəfər
Qırğızıstan, Tacikistan və Türkmənistan – 10 min nəfərdən az
Beləliklə, keçmiş SSRİ Birləşmiş Ştatlara 1,22 milyon nəfər yeni vətəndaş "bəxş edib”.
ABŞ-a ən çox köçənlər meksikalılardır – 12,6 milyon nəfər. Sonrakı yerləri Çin (2,4 milyon nəfər) və Hindistan (2,3 milyon nəfər) tutur.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ