SON DƏQİQƏ

Pivə anbarının işçiləri GÜLLƏ-BARON EDILDI

Tarix:

6-04-2020, 08:33

/ 2 996 dəfə oxundu.
Pivə anbarının işçiləri GÜLLƏ-BARON EDILDI

Meksikanın şimal-şərqindəki Tamaulipas ştatının Reynosa şəhərində naməlum silahlılar pivə anbarına hücum ediblər.
"Report” xəbər verir ki, bu barədə regional prokurorluğa istinadən "Universal" qəzetinin saytı bildirib.
Qeyd edilir ki, quldurlar anbarın yeddi əməkdaşını öldürüblər. Məlumata görə, qətlə yetirilənlərdən beşi gəncdir. Hücumun səbəbləri açıqlanmır.
Meksikanın İctimai Təhlükəsizlik Milli Sisteminin icraçı katibliyinin hesablamalarına görə, 2019-cu ildə ölkədə azı 35,5 min nəfər qəsdən adamöldürmə cinayətlərinin qurbanı olub. Ölkə hakimiyyəti 2019-cu ilin sonunda etiraf edib ki, cinayətlə mübarizədə qarşıya qoyulmuş məqsədlərə nail olmayıb.
скачать dle 12.1

Şərhlər