SON DƏQİQƏ
» » Müalicə üçün Bakıya gətirilən məhbus yoxa çıxdı - MÜƏMMA

Müalicə üçün Bakıya gətirilən məhbus yoxa çıxdı - MÜƏMMA

Tarix:

6-09-2019, 21:43

/ 1 628 dəfə oxundu.
Müalicə üçün Bakıya gətirilən məhbus yoxa çıxdı - MÜƏMMA

Quba rayonunun 9 nömrəli koloniya-qəsəbəsinin məhbusu Səbail rayonu ərazisində yoxa çıxıb.
Avromedia.az xəbər verir ki, bu barədə Oxu.az-a hüquq-mühafizə orqanlarından bildirilib.
Bakı sakini 1994-cü il təvəllüdlü Rzayev Emil Zülfi oğlunu sonuncu dəfə avqustdun 23-də, saat 02:00 radələrində, Salyan şosesindəki 17 nömrəli binanın qarşısında görüblər.
E.Rzayev nömrəsi bilinməyən "Audi Q7" markalı maşına minərək naməlum istiqamətdə hərəkət edib. Polislər maşının qaçırıldığını ehtimal edirlər.
Qeyd edək ki, 2017-ci ildə E.Rzaev odlu silahın qanunsuz daşınması və saxlanılmasında, eləcə də dələduzluqda ittiham olunaraq həbs edilib.
Məhbus paytaxta avqustun 22-də müalicə almaq niyyəti ilə gəlib.
Hazırda polis əməkdaşları axtarışları davam edir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ