SON DƏQİQƏ

Qətl törədən şəxs tutuldu

Tarix:

9-04-2018, 14:48

/ 11 073 dəfə oxundu.
Qətl törədən şəxs tutuldu

Aprelin 8-də Masallı rayonunun Mollaoba kənd qəbristanlığında kənd sakini Urfan Həsənovun üzərində zorakılıq əlamətləri olan meyitinin tapılması barədə daxil olmuş məlumatla əlaqədar Masallı Rayon Polis Şöbəsi və rayon prokurorluğunun əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçlirilib. 

DİN-dən Gunaz.az -a verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş İlqar Camalov tutulub.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.  

Araşdırma aparılır. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ