SON DƏQİQƏ

Qətil törədən şəxs tutulub

Tarix:

7-03-2018, 14:36

/ 10 448 dəfə oxundu.
Qətil törədən şəxs tutulub

Martın 2-də Cəlilabad rayonunun Musalı kəndində yaşayan Siruz Nəsirov yaşadığı evdən çıxıb və geri qayıtmayıb.

DİN-dən Gunaz.az -a daxil olan məlumata görə, onun üzərində zorakılıq əlamətləri olan meyiti martın 5-də Ləkin kəndinin otlaq sahəsində tapılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Cəlilabad Rayon Polis Şöbəsi və rayon prokurorluğu əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində S.Nəsirovu münaqişə zəminində çəkiclə qətlə yetirməkdə şübhəli bilinən Musalı kənd sakini Seymur Məmmədov tutulub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ