SON DƏQİQƏ

Pəhləvan ŞƏHİD

Tarix:

27-05-2019, 23:17

/ 1 402 dəfə oxundu.
Pəhləvan ŞƏHİD

Rauf İlyasoglu , 

Bu gün, Qarabağ müharibəsidə xidmətləri olmuş, bir çox ugurlu döyüşlərdə iştirak etmiş, Mardakertin vaxtilə ermənilərdən təmizlənməsində iştirak etmiş ,  Kəlbəcərdə ilk polis olaraq ezam olunan, sərhədlərimizi  dörd nəfər əməkdaşla iki avtomatla qoruyan, polis sistemində ləyaqətlə işləmiş, 1988-ci ildən 1994-cü ilə qədər döyüş bölgərində düşmənlə dəfələrlə üz - üzə gəlmiş və yaralanmış, Sambo cüdo üzrə dəfələrlə Azərbaycan və Zaqafqaziya çempionu olmuş pəhləvan cüssəli  Namiqin vəfat edən    günü və mənim isə qardaş, torpaq, vətən itkisindən infakt keçirdərək sarsıntıdan  bel sütunumun qırılan  günüdür .26 may  mənim ən hüznlü günümdür .
Əziz qardaşım Namiq ! Yadımdadır ki 1989- cu ilin iyun ayı idi . Gül- çicəkli həyətimizdə  iki toy mağarı bezədilərək  qurulmuşdu .Toyumda  Qədir Rüstəmov  bənzərsiz səsiylə məclisi feyziyab edirdi . Sən  də Vaqif də , Niyaz da, Məleykə və Arzu bacılarım da gəlinimiz Rahilə xanım da , anam Sərəncam xanım da çox sevinir ,hərə bir işlə məşgul idilər . Sən isə  qardaşının toyunda bir dəqiqə də oturmurdun. Qonaqlara qulluq edirdin. Bala Rəmiş adlandirdıgımız Eldar gitarada necə yanıqlı ifa edirdisə, hamı diqqətlə qulaq asırdı . Bakıdan hörmətli qonaqlar dəvət olunmuşdu. Musiqişünas Fürudin Şusinski  məclisə daxil olan kimi gitara qardaşım  Vaqifin tarı ilə əvəz olundu . Cünki masabəyi olan Füruddin əmini hamı hörmətlə qarşılayar və heç kəs onun  sözünü iki eləməzdi .  Rəhmətliyi iki gündən sonra Bakıya yola saldiqdan sonra rəhmətlik Bakıdan zəng edərək dostuna demişdi: İlyas müəllim, bəs yadımdan çıxıb toya nəmər yazdirmamışam, konvert də yadımdan çıxıb  çibimdə qalıb . 
Atam isə deyərdi :Ay Füruddin ! Elə sənin gəlişin puldur də . - deyə mehriban sohbət edərdilər . 
Yaxşı yadımdadır Toydan gedən qonaqlar "jiquli" markalı minik maşınına minərkən dedim ki, Namiq, bu maşını arxa buferdən qaldira bilərsən ? 
Maşının arxasında üç nəfər , qabaqda isə iki nəfər oturan  jiqulinin arxa buferindən necə qaldırdınsa , arxa təkərlər göydə qaldı. Sonra isə dedin: İndi sürüb gedin. Yaxşı yol. 
Bəlkədə belə qeyri-adı gücünlə gözə gəldin ? 
Bir dəfə də Şamaxı pəhləvanını  fənd işlədərək necə yerə sərib dizini sinəsinə qoyarkən, rəqib pəhləvan təslim olub  demişdi :  "bu  ki dəmirdir, zindan kimidir, tərpətmək də olmur." 
Amma ürəyin çox yumşaq idi .Agdərədə döyüş vaxtı polis  dostlarınla bir  yerdə erməni yaşayan evə girib zirzəmidə qoca erməni qadınını körpə qızına qısılarkən  onları   görərkən döyüş dostun qoca qadınla körpəni  vurmaq istəyəndə sən qoymamışdın, yaziqdir deyərək  onları sag salamat hərbi hissəyə gətirmişdın. Həmin qadın körpəsiylə birlikdə sonradan əsirlərlə dəyişdirilərkən hansı hislər  keçirmişdın?
Soruşanda deyirdin; Biz saqqallı ermənilərlə vuruşub torpagımızı qoruyuruq, , körpələrin nə günahı var ? 
  Neçə dəfə təhlükəylə üzləşmişdin ?
Əziz qardaşım Namiq!

Sən qardaşlarından etibarlı oldun. Həm vətənə, həm atana, anana bizdən tez qovuşdun. Vətən ügründa ,səngərlərdə böyrəklərini çürütsən də səhhətinə fikir vermədin . Qarakənd səmasında qeyrətli ogullarımızın cəsədlərini yıgarkən necə sarsıldın? General Məhəmməd Əsədov da səni Namıq deyə çagırırdı . İstiqanlı ,dostcanlı qohumcanlı idin.  O faciədən çox sarsıldın.  Hətta  bir müddətdən sonra Agdam qəbirsanqıgında uyuyan İlyas müəllimin məzarı önündə bir kəlmə söz demisən, Ata , darıxma ,tezliklə yanına gələcəyəm dedin və ona da qovuşdun. Nə Qarabag veteranı olaraq,nə də polis sistemindən sənət düzəldib təqaüd ala bildin, heç kəsə minnətli olmadın, halallıqla dolandın. Yeganə qızının naminə Buzovnada ev tikdirdin. Bir otağı ancaq başa çatdırdın , o  biri  otaqların döşəməsini düzəldə bilmədin, ömrün də evin kimi yarımçıq qaldı.Zəhmətlə qazandıgın avtomobilini dəyər dəyməzə satdılar , o biri otaqları da təmir etdirdik. 
Allahım, qardaşım Namiqin  bütün  günahlarını bagışla. Bu ramazan ayında   vətən həsrətli dögmalarımın və məni tanıyanların  da dünyadan köçənlərini də əhf edin , Allahım. 
Allahım heç zaman məni naümüd qoymadı . 2011 ci ildə Namiq , səni İrana apardiq. Yoxladılar , dedilər ki, gecdir, böyrəklərin sıradan çıxıbdır . Hansıki Bakida səni ürəyinə görə mıalicə edirdilər . Heç xəstəxanada yatmağı da özünə sığışdırmırdın. Neçə dəfə yalvardım, Həyat yoldaşın da səni başa düşmədi, onu düşündürən ancaq sənin qazançın oldu .Çünki, bir gün işə getməyəndə səndən pul tələb edirdi . Bir dəfə demədi get müalicə olun. Bəlkə o da sənin pəhləvan cüssənə gorə ölümünə inanmırdı .Görəsən Aygun, Günel  səni yada salırlarmı ? Axı sənin kimi oğulu unutmaq olarmı? 
Yarışlarda necə pəhləvanların sinəsini yerə vurmuşdum, Kim sənin yoxluguna inanardı? 
Səngərlərdə çürutdüyün böyrəklərini niyə biz bilmədik? Heç naşı həkimlərimiz də demədilər . Əlillərin bərpa mərkəzində ürək dərmanlarından bezdin. Bir həkim demədi ki, gedin dialezə . Sənin ölümümdə həkimlərimizi günahlandiriram. Bizim həkim çərrahlarımızın əksəriyyətini pul maraqlandirir . Rüşvətlə universitet qurtaran bir çox həkim, cərrah  qəssablarımız nahaq yerə kəsib doğramaqla xəstələri soymaqla məşğuldurlar. Bəs viçdan deyilən məfhum nə deməkdir ?
Vicdanı olmayanın, rəhmi də olmaz. 
Hərdən də deyirəm ki, bu da taledir, qismətdir, alın yazisidir . Talehimlə barışmağa məhkumam. Allah bütün qardaşlara rəhmət eləsin. Allah dostlarımı qorusun. O çətin anlarımda sanki tək qalmışdım Ələddin Həsənov, Sabir  Məmmədov, İlyas Səfərov , Ruslan Göyüşov , Qoca Səmədov , Adil Əliyev və digər dostlarım,   qardaşlarım, tələbə yoldaşlarım  həmin anlarda mənə arxa oldular, Quzanlida yaşayan qardaşım,  Qarabag müharibəsi əlili Vaqifə (;təqaud də almayan) zəng etdim ki, atamın ayaqları altında Namiqin qəbrini qazdir, bütün xərci mənlikdir . Mən o anda çətin məqamda mənə arxa olan dostlarımı unuda bilərəmmi? Bu gün də tələbə dostlarım mənə qayği gostərirlər. Amma gərək bu hörməti də qazanasan . Allah dostlarımı qorusun. 
Allah xalqımizı qorusun, Allah dövlətimizi daha da qüdrətləndirsin. Tezliklə Qarabagimizı  və ona bitişik ətraf ərazilərimizi erməni və rus əsarətindən azad edək , qəlbimiz sevinsin və vətən həsrətli dogmalarımizın da ruhun şad edək . 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ