SON DƏQİQƏ

Dünən xəyalən VƏTƏNDƏYDİM

Tarix:

27-05-2019, 08:10

/ 2 205 dəfə oxundu.
Dünən xəyalən VƏTƏNDƏYDİM

Rauf Ilyasoğlu

Bu gün tədqiqatçı, tarixçı yazıçı Faiq Qulam oglu Abdullayevlə (geofizik) , əmək  veteranı Məhəmməd Əlioglunu tanış edərkən çox sevindilər. Dostlarım bir qismət çörək kəsdilər, mən oruc olduğumdan iftarımı açmaq üçün   məni axşam  Qubadlı  aşına; maşdı ,çölpalı ,qazmaqlı ləzzətli  iftara dəvət edirlər . 
Çox mehriban tarixi söhbətimiz oldu .Cəngavərlər yurdu sayılan Qubadlıdan, Agdamdan, dağdan, dərədən, bulaqlardan, Həkəri çayında dadlı, tamlı axan  təmiz bulaq  suyundan, qızıl balıq tutmağımızdan, tarixi şəxsiyyətlərimizdən söhbət açdıq, dünyasını  dəyişənləri bir daha yad etdik. 
Faiq müəllimin babası Aslan bəy Sultanovdan, oğlu Qulam Abdullayevdən,  şair jurnalist İlyas Allahverdiyevdən, el ağsaqqallarından , o cümlədən Əli Nağıyevdən, uzun illər qüsursuz olaraq  prokuror işləmiş Sailxan İsgəndərovdan,   Məhəmməd Əhmədovdan, Zahid Quliyevdən , Həbib Şirinovdan , Əli və Möhbalı Əmiraslanovlardan, Cahangir İldırımzadə Sultanovlardan və digər görkəmli vətən həsrətli  ziyalılarımızdan söhbət açıb, maraqlı və yaddaqalan xatirələr danışdıq .Agdamda yaşayan qeyrətli ogulları yada saldıq. Allahverdi və Eldar Bagırov qardaşlarının, Şirin Mirzəyevin , Mikayıl Gözəlovun, Fred Asif Məhərrəmovun, Xosrovun, Fazilin, Əlyar Əliyevin , Bayram Məhəmmədoğlunun  təxəllüsü " Nemes " olan  Rasimlə Allahverdi Bagırovun qardaşlıgından, dostlugundan və vətən yolunda canlarını qurban vermiş  digər şəhidlərimizin misilsiz xidmətlərini   iftixarla xatirladıq, xəyalən də olsa sanki yurdumuza döndük. Nə qədər gözləmək olar ,ilahi. Biz nə vaxt işgal olunmuş Qarabagımıza , dogma yurdumuza sahib çıxacagıq ? 
Agdamın, Qubadlının, Şuşanın Kəlbəcərin xiffətini çəkdik, kövrəldik və duygulandıq . 
Allah bizi Agdamlı, Qubadlılı ,Kəlbəcərli, Şuşalı günlərimizə qovuşdursun. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ