SON DƏQİQƏ

BİZ TƏKCƏ TÜRKDİLLİ DEYİL, HƏM DƏ TÜRKSOYLUYUQ!

Tarix:

14-06-2017, 00:29

/ 3 651 dəfə oxundu.
BİZ TƏKCƏ TÜRKDİLLİ DEYİL, HƏM DƏ TÜRKSOYLUYUQ!


XX əsrin sonlarından indiyə kimi, bizə-Azərbaycan xalqına "Türkdilli” xalq deyilir. Şübhəsiz ki, bunu deyənlər çox böyük bir səhvə yol verirlər.
Türkdilli xalqlar Azərbaycanda yaşayan və qeyri-türk azlıqlar hesab olunan tatlar, talışlar, ləzgilər, kürdlər və yəhudilərdir ki, onlar bizim dilimizdə danışmağa vərdiş etmişdirlər. Əslində, Türkdilli xalq deyildikdə bu azsaylı xalqlar nəzərdə tutulmalıdır. Qaldı ki, Türksoylu xalqa o da ki, bizik, yəni Dədə Qorqudun soyundan gələnlər.
Heç bizdə Türkdilli olmaqdan da əsər-əlamət qalmayıb, çünki, dilimizi korlayan ərəb, fars və rus sözləri bunu sübut edir. Vaxtı ilə Azərbaycana işğalçılıq məqsədi ilə təşrif buyuran qonaqlar öz ərazilərindəki zir-zibilləri bizim vətənə köçürərək ölkəmizi tamamilə bərbad bir günə salmış, bizim alimləri, ziyalıları və istedad sahiblərini isə öz ölkəsinə apararaq oranı əzəmətli bir görkəmə salmışdır. Vətənimizə köçürülən bu nadanlar xalqımızla qaynayıb-qarışmış və ailə həyatı qurmuşdurlar. Onların törəmələri olan insanlar isə bu günləri bizim başımıza bəla olublar, onların etdiyi axmaq hərəkətlərin və cinayətlərin ən ağır nəticəsini biz görmüş oluruq. Zamanında cahilləri bizə pərçim edən hökmdarlar indi cəhənnəm odunda yanırlar bəlkə də. Bəli, Türksoyluluq məfhumu bu köçürmələrin və evlənmələrin hesabına pozuldu.
Axı Azərbaycan türklərinin günahı nə idi? Hanı Ana-bacılarımızın başlarına örtdüyü o gözəl yaylıqlar? Hanı Nənələrimizin qoyduqları müqəddəs miras? İnsanlar artıq, adət-ənənədən çıxmış, Qərb ölkələrinin təsiri altına düşərək milli-mənəvi əxlaqımıza yad xarakterik xüsusiyyətlər qazanmışdırlar. Türkü belə, türklükdən çıxartdılar. İnsanların çoxunun türklərdən xoşu gəlmir, onların qəlbində bu nifrəti oyadan Avropa hegemonluğudur ki, Allahın dostları olan türkləri parçalayaraq başqa-başqa imperiyaların ixtiyarına veriblər. Türklərin yarısı Rusiyanın, yarısı İranın və digər yarısı isə Çinin alçaq qanunları ilə idarə olunur. Bir daha təkrar olunur ki, Azərbaycana özünəməxsus şəkildə doğma olan xalq Türksoyludur! Təbii ki, ağlı başında olan, intellektual dünyagörüşünə malik olan və milli kimliyini unutmamış insanlar Türkdilli xalqla Türksoylu xalqı qarışdırmaz.
Ərtoğrul Yurdaər

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ