SON DƏQİQƏ

Dilimizi yad unsurlərdən təmizləyək..

Tarix:

8-05-2017, 02:08

/ 5 397 dəfə oxundu.
Dilimizi yad unsurlərdən təmizləyək..


Dil milliliyin,dovlətciliyin əsas gostəricilərindən biridir. Bildiyimiz kimi bizim də dilimiz Azərbaycan dilidir.Azərbaycan dili Azərbaycan Respublikasinda,Cənubi Azərbaycanda,eləcə də bir cox olkələrdə yasayan azərbacanlilarin ana dilidir.Hazirda dunyanin muxtəlif yerlərində yasayan 50 milyondan cox azərbaycanli bu dildə danisir.
Azərbaycan dili muxtəlif illərdə muxtəlif cur adlandirilmisdir. Buna səbəb isə əsrlər boyu baş veren işgallar olmusdur. Dilimiz tarixən "türki", "türk dili", "Azərbaycan türkcəsi", bəzən isə "tatar dili", 
"Qafqaz tatarlarinin dili" (xususən rus dilində yazilmis əsərlərdə) adlandırilmisdir.
1919-20-ci illərdə Azərbaycan Cumhuriyyəti dilimizi türk dili adı ilə dovlət dili kimi işlətdi. 1921-ci ildə Nəriman Nərimanov Dadaş Bunyadzadə ilə
birgə Azərbaycan SSR-də dövlət dilinin türk dili olmasi ilə baglı dekret imzalayırlar. 1921-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasinin ilk Konstitusiyasi qəbul olunur və ora dovlət dili haqqinda
maddə salinmir. 1924-cü ildə Mərkəzi Icraiyyə Komitəsinin Azərbaycanda dövlət dilinin türk dili olmasi ilə bagli qərari qəbul olunur.
1936-ci ildə Azərbaycanin yeni Konstitusiya layihəsi hazirlanarkən orada Azərbaycanın dovlət dili türk dili kimi qeyd edilir. Ancaq 1937-ci ilin aprel ayında qəbul olunun əsas qanunda dovlət dili haqqinda heç bir 
qayda öz əksini tapmır. Ancaq Konstitusiyada xususi maddə olmasa da, 1936-ci ildən sonra bütün normativ sənədlərdə dövlət dili Azərbaycan dili kimi qeyd edilir.
1956-cı ildə Azərbaycanın 1937-ci ildə qəbul olunmuş Konstitusiyasına aşagidaki məzmunda maddə əlavə edilir: "Azərbaycanin dövlət dili Azərbaycan dilidir…"Dovlət dilinə həsr edilmis butun iclaslarda demokratik şərait yaradıldigından muxtəlif fikirlər ozunu gostərir:
Azərbaycan dilidir;
Turk dilidir;
Azərbaycan türk dilidir;
Azərbaycan türkcəsidir;
Turk dilləri ailəsinə daxil olan Azərbaycan dilidir.
Prezident Heydər Əliyev cıxısinda demisdi: "Gəlin türkdilli xalqlara baxaq. Bəli, biz türkdilli xalqlardan biriyik və türk mənşəli xalqıq. Kökümüz birdir. Ozbək dili var, qazax dili var, qırgiz dili var, tatar dili var, basqırd dili var, 
türkmən dili var, kumik dili var. Demək, bu türkdilli xalqlarin da hər birinin dilinin öz adı var. Turkdilli xalqlarda tatar dili də var, o biri qrup dillər var, onların da hər biri bu qrupa daxildir, amma hər birinin oz adı var... 
Axı niyə Azərbaycan türkcəsi? Millətimiz nədir? Azərbaycan türkü. Nə təhər bu millətin iki adı olsun? Bəs niyə özbək özunə demir ki, Ozbəkistan türkü, tatar niye demir ki, Tatarıstan türküyəm"əlavə edilir: 
"Azərbaycanın dovlət dili Azərbaycan dilidir."
Yenə həmin iclasda dovlət başcısı qeyd edir: " taleyimiz belə gətirib ki, məsələn bizə tatar deyiblər. Amma biz tatar deyilik axi. Neçə illər bizə tatar deyiblər. Elə Həsən bəy Zərdabi də özunə tatar deyibdir, o birisilər 
də özlərinə tatar deyiblər Bu Bakıda, Azərbaycanda bir belə azərbaycanlı ziyalı oldugu halda məktəblər acilmişdi – "russko-tatarskaya skola"… Mən bununla sadəcə demək istəyirəm ki, bizim taleyimiz belə olubdur. 
Rusiyada bizə tatar deyiblər. Rusiyanin burada qubernatorlari bizə tatar deyiblər. Ondan sonra 1918-ci ildən 1936-cı ilə qədər türk deyilib. 60 ildir biz "Azərbaycan dili", "azərbaycanlı" deyirik. Indi bəs nə edək? 
Bunlara cavab olmalıdir ki, bir qərar qəbul edək".
Məsələ ciddi şəkil almişdı . Buna görə də dovlət başçısı mutəxəsisslərin istirakı ilə geniş müzakirələr kecirdi və həmin müzakirələr mövcud problemlərin həllində böyuk rol oynadı. Həmin müzakirələr gostərdi ki, 
yalnız milli ictimai təfəkkür deyil,mütəxəssislər də ana dilinin qeyd-sərtsiz "türk dili" adlandırılmasının əleyhinədirlər. Buna səbəb isə iki müstəqil türk mənşəli dilin hər ikisinin eyni bir adla adlandırilması özünü dogrultmur və təcrübədə onları ayrı-ayrı adlarla (Azərbaycan türkcəsi – Türkiyə türkcəsi) adlandırmaq lazim gəlir;
Azərbaycan ərazisində yasayan qeyri-türk mənşəlli müxtəlif xalqlar, etnoslar (talislar, tatlar, kurdlər, ləzgilər və s.) "Azərbaycan dili"nin "turk dili" adlandirilmasindan hər hansi halda narahat olurlar, bir sira quvvələr isəbundan istifadə edərək "xirda millətcilik" hisslərini qizisdirirlar;
Nəticədə,necə illərdir ki,Azərbaycan dili adı işlədilir və böyük təcrubəyə malikdir.
Butün bunlardan əlavə,bildiyimiz kimi,bir neçə il SSRI tərkibinə daxil olan dövlətlərdən biri də Azərbaycan olub. Danilmaz faktdır ki,bütün bu illər ərzində dilimizə rus dilindən də coxlu söz kecmişdir. Amma artiq neçə ildir ki biz müstəqil dövlətik,öz dilimiz var. Gəlin dilimizə sahib cixaq,onu başqa dillərin təsirindən qoruyaq. Cünki bir xalqi, milləti ,dövləti məhv etmək ücün ilk öncə onun dilindən başlayırlar. Dilimizi müdafiə edək..
Bəzi televiziya kanallarına baxırsan,aparıcıların,gələn qonaqların islətdikləri üç sözdən biri rus sözüdür. Çəkilən filmlər olsun,yazılan mahnılar,şeirlər olsun işlədilən sözlərin yarısı öz dilimizdə,yarısı rus və ya qeyri dildə. Bütün bu kimilər dilimizi cirkləndirir axı. Öz dilimiz ən gözəlidir,ona laqeyid yanaşır bəziləri. Görkəmli Azərbaycanşairi Bəxtiyar Vahabzadənin yazdıgi misralarla fikrimi yekunlaşdırıram:
Bir vaxt rusca idi bütün reklamlar
Indi ingiliscə dürtülur gözə
Itin də dilinə hörmətimiz var
Təkcə öz dilimiz yaramır bizə

Nicat Məmmədov

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ