SON DƏQİQƏ
» » “Qara qızıl”ın qara günləri bitir: Son 10 gündə 8 faizdən çox bahalaşma - SƏBƏBLƏR

“Qara qızıl”ın qara günləri bitir: Son 10 gündə 8 faizdən çox bahalaşma - SƏBƏBLƏR

Tarix:

16-04-2021, 12:14

/ 3 533 dəfə oxundu.
“Qara qızıl”ın qara günləri bitir: Son 10 gündə 8 faizdən çox bahalaşma - SƏBƏBLƏR

ABŞ Rusiya münasibətlərində yenidən gərginlik müşahidə olunur. ABŞ prezidenti Co Bayden Birləşmiş Ştatların Rusiyaya qarşı daha ciddi sanksiyalar tətbiq edə biləcəyini deyib. Lakin bunu etməməyi qərara aldığını vurğulayıb. Görünən odur ki, hələlik rəsmi Vaşinqton Moskva ilə əsas körpüləri yandırmaq niyyətində deyil. Bununla belə, son açıqlamalar dünya bazarlarına da təsirsiz ötüşməyib.

Millət vəkili, iqtisadçı alim Vüqar bayramov GünAz.az-a açıqlamasında bildirib ki, dünyada gedən proseslər artıq Brent markalı neftin 1 barelinin qiymətini 68 dollara yaxınlaşdırıb: "Son 10 gündə neftin dünya bazarında qiyməti 8 faizdən çox bahalaşıb. ABŞ-Rusiya münasibətlərində soyuqlaşma müşahidə edilən son 2 gündə isə "qara qızıl” 5 faiz dəyər qazanıb. Neftin dünya bazar qiymətindəki artımlar ABŞ və Avrozona iqtisadiyyatı ilə bağlı pozitiv mesajların gəlməsi ilə də əlaqədardır. Əksər ölkələrdə pandemiyanın üçüncü dalğasının müşahidə olunmasına baxmayaraq vaksinasiya prosesi investorlarda real sektorda artımla bağlı yeni ümidlər forlamalaşdırıb. Eyni zamanda, OPEK + anlaşmasında mühafizəkar meyillərin qorunub saxlanılması və hasilatın kəskin artımına gedilməməsi də neft bazarındakı tarazlığa müsbət təsir göstərir. Hələlik qlobal valyuta bazarında "sakitlik” müşahidə olunsa da regionun əsas dövlətlərinin milli valyutalarına dollar təzyiqi yumşalmayıb”.

 

Müşviq Tofiqoğlu

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ