SON DƏQİQƏ

Birləşmiş Ştatların neft ehtiyatları çoxalır

Tarix:

19-12-2019, 10:05

/ 1 114 dəfə oxundu.
Birləşmiş Ştatların neft ehtiyatları çoxalır

Ötən həftə ABŞ-ın xam neft ehtiyatları artıb.

GunAz.az xəbər verir ki, bu barədə əsasən özəl sektorun maliyyələşdirdiyi Amerika Neft İnstitutu (API) məlumat yayıb. Bildirilir ki, keçən həftə ölkədəki xam neft ehtiyatları əvvəlki həftə ilə müqayisədə 4,7 milyon barrel artıb. Bazar proqnozları da ehtiyatların çoxalacağı istiqamətində idi. Əvvəlki həftə ehtiyatlar 1,41 milyon barrel artmışdı.

Ölkədəki ehtiyatlarla bağlı rəsmi rəqəmlər ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) tərəfindən açıqlanacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ