SON DƏQİQƏ
» » Əlillərlə dövlət qurumu arasında insident yaşanması təsadüfi deyil

Əlillərlə dövlət qurumu arasında insident yaşanması təsadüfi deyil

Tarix:

3-10-2019, 12:30

/ 877 dəfə oxundu.
Əlillərlə dövlət qurumu arasında insident yaşanması təsadüfi deyil

Müşfiq Ələsgərli: "Hiss olunur ki, ortada koordinasiya olunmuş bir fəaliyyət var"

"Ölkədə təqribən 49.692 nəfər müharibə veteranı, 11.994 nəfər Qarabağ əlili, 12.898 nəfər Şəhid ailəsi var. Onların haqlarının qorunması, sosial təminatları üçün təqribən 50-yə yaxın təşkilat qurulub, fəaliyyət göstərir. Həmin 50 təşkilatdan təqribən 6-sı çox məşhurdur, təkcə üzvləri tərəfindən deyil, ölkədə ictimai fəal olan hər kəs tərəfindən tanınır. "Qarabağ Qaziləri" İctimai Birliyini, Azərbaycan "Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri" İctimai Birliyini, "Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi" İctimai Birliyini, "Azərbaycan Vətən müharibəsi veteranları Birliyi"ni tanımayan, yəqin ki, yoxdur. Amma bu 50 təşkilatdan, həmçinin, onların sırasında ən fəalı olan 6 təşkilatdan heç biri Hacıyev Məmmədəli İsgəndər oğlunu nə "Qarabağ müharibəsi veteranı, nə də bu müharibədə əlil olmuş şəxs kimi tanımır". "Olaylar" xəbər verir ki, bunu deyən Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərlinin sözlərinə görə, Məmmədəli Hacıyevin, özünü 2-ci qrup Qarabağ qazisi adlandıran Kənan adlı şəxsin "Qarabağ qazisi" adı altında SOCAR əməkdaşları ilə yaratdıqları insident zamanı bu şəxslərin "müharibə veteranı" və ya "Qarabağ əlili" olmaları yuxarıda sadalanan təşkilatlar tərəfindən təsdiqini tapmadı. Bu təşkilatlardan hər hansı birinin bəyanat yaymaması, Məmmədəli Hacıyevin, həmçinin, Kənanın müdafiəsinə qalxmaması maraqlı deyilmi? Axı, əlillərlə, müharibə veteranları ilə bağlı yaşanan ən xırda insident belə həmişə diqqət mərkəzində olub, ictimailəşdirilib, yuxarıda sadalanan 50 təşkilat tərəfindən həmin əlil və ya qazi şəxslər müdafiə olunublar. İndi bu təşkilatların susqunluq göstərməsi maraqlı deyilmi: "Bəlli olur ki, özlərini "Qarabağ qaziləri" kimi qələmə verən bu şəxslərin sənədləri dolaşıqdır, şübhəlidir. Məmmədəli Hacıyevin ləqəbi "Tikinti Mamed"dir. O, Qarabağ uğrunda döyüşlərdə iştirak etməyib, əldə etdiyi saxta əlillik kağızını isə ötən illərdə nazirlik ləğv edib. "Mamed əvvəllər Mehdi Mehdiyevin sədrlik etdiyi Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin üzvü olub. Sonradan elə Mehdi Mehdiyev onu üzvlükdən çıxarıb, nazirliyə də müraciət edib ki, bu adam Qarabağ uğrunda döyüşlərdə iştirak etməyib. Bu müraciətdən sonra onun əlilliyi ləğv edilib". Yayılan informasiyaların təhlili onu göstərir ki, qanunsuz ev tikintisi məsələsinə görə Dövlət Neft Şirkətinin (SOCAR) təhlükəsizlik idarəsinin əməkdaşları ilə insident yaradan qrupun Qarabağ savaşına aidiyyatları yoxdur. Düzdür, məsələnin mahiyyətini bilməyən, informasiya çaşqınlığı səbəbindən hadisə yerinə gələn, sadəcə həmrəylik xatirinə "evi sökülənləri" müdafiə edənlər sırasında 4 nəfər real "Qarabağ əlili" də var. Amma bu, hadisənin mahiyyətini dəyişmir. İnsident Bakıda özlərini "Qarabağ əlili" və "Qarabağ qaziləri" kimi qələmə verən, bu adlardan istifadə edib qanunsuz işlər görən, qanunsuz gəlir əldə edən şəbəkə tərəfindən törədilib".

Onun bldirdiyinə görə, məsələ araşdırılır, yəqin ki, özünün real hüquqi qiymətini alacaq. Amma ortada aydın olmayan bir məqam var: "Bu şəbəkə öz əməllərinin qanunsuz, cinayət xarakterli olduğunu bildiyi halda, nədən açıq qarşıdurmaya gedib? Qarşıdurma yaranacağı təqdirdə işin araşdırılacağını, əməllərinin ortaya çıxacağını bilmirdilərmi? Səsli küylü insident təsadüfənmi ortaya çıxıb, yoxsa belə insidentin yaşanmasında maraqlarımı var? Birmənalı demək çətindir. Amma proseslərin təhlili ortada koordinasiya olunmuş bir fəliyyətdən xəbər verir. Müxalifətin aktivləşməsi, Bakının mərkəzində icazəsiz aksiyalar haqqında qərar verməsi, bu qərarlarını əsaslandırmaq üçün əhalinin sosial baxımdan həssas təbəqələrinin "problemlərinə" istinad etmələri və belə qarışıq bir durumda "əlillərlə dövlət qurumu arasında insident yaşanması" heç təsadüfi məsələyə oxşamır. Çox aydın şəkildə hiss olunur ki, ortada koordinasiya olunmuş bir fəaliyyət var. Maraqlıdır ki, fəaliyyətin digər tərəfində kim dayanıb?"

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ