Larinin ucuzlaşması davam edir

Gürcüstanın milli valyutası olan lari ABŞ dollarına qarşı ucuzlaşmaqda davam edir.

APA-nın yerli bürosu xəbər verir ki, hazırda Gürcüstanın kommersiya banklarında 1 dollar 3 lariyə bərabər olub. Larinin rekord həddə ucuzlaşması Gürcüstan Milli Bankının iyulun 31-i üçün müəyyənləşdirdiyi rəsmi məzənnəni açıqlamasından sonra baş verib. Belə ki, Milli Bank saat 17:00-da 1 dolların məzənnəsini 2,9507 lari olaraq müəyyənləşdirib. Gün ərzində isə banklarda 1 dolların satışı 2,9880 lari təşkil edib.

Larinin avroya qarşı da ucuzlaşıb. Belə ki, rəsmi məzənnənin açıqlanmasından sonra kommersiya banklarında 1 avronun satış qiyməti 3,3550 lari təşkil edib.

скачать dle 10.6фильмы бесплатно
[xfvalue_video]