SON DƏQİQƏ
» » Azərbaycanın peyk xidmətləri üzrə gəlirləri - Son rəqəmlər

Azərbaycanın peyk xidmətləri üzrə gəlirləri - Son rəqəmlər

Tarix:

10-06-2019, 22:09

/ 281 dəfə oxundu.
Azərbaycanın peyk xidmətləri üzrə gəlirləri - Son rəqəmlər

2019-cu ilin yanvar-aprel aylarında "Azərkosmos" ASC-nin peyk və telekommunikasiya xidmətlərinin ixracından gəlir 13,7 milyon dollar təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 47,3 faiz çox olub.

GunAz.az xəbər verir ki, bu barədə məlumat İqtisadi İslahatların Təhlili və Kommunikasiyalar Mərkəzinin hesabatında yer alıb.

Bu ilin aprel ayında peyk xidmətlərinin ixracından 6 milyon dollar gəlir əldə edilib. Bu, şirkətin əldə etdiyi ümumi gəlirin 89 faizini təşkil edib.

"Azərkosmos" tərəfindən 17 ölkəyə, o cümlədən ABŞ, Malayziya, Fransa, Böyük Britaniya, BƏƏ və digər ölkələrə xidmətlər göstərilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ