SON DƏQİQƏ

Azərbaycan nefti bahalaşdı

Tarix:

13-12-2018, 12:20

/ 10 280 dəfə oxundu.
Azərbaycan nefti bahalaşdı

“Brent” markalı neftin 0,45% bahalaşması Azərbaycan neftinin qiymətinə də təsir göstərib. 

GunAz.az xəbər verir ki, Azərbaycanın dünya bazarında satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 0,49 dollar və yaxud 0,78% artıb və bir barelinin qiyməti 63,01 dollar təşkil edib.

Bu günə “Brent” markalı neftin qiyməti isə 60.42 dollara satışa çıxarılıb. 

Qeyd edək ki, ekspertlər 2019-cu ilin ilk yarısında qlobal təklif artıqlığının gündəlik 1.28 milyon barel olacağını ehtimal edirlər. Bu  həcm isə OPEC və tərəfdaşlarının ötən həftə Vyanada razılaşdığı rəqəm olan 1.2 milyon barelə olduqca yaxındır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ