SON DƏQİQƏ

Kənd təsərrüfatına bir il möhlət verildi

Tarix:3-12-2018, 18:10 Oxunub:10 103

Gəlirlərin və məhsulların uçotunun aparılması öhdəliyi kənd təsərrüfatı sektoruna da aiddir. 

GunAz.az xəbər verir ki, uçotu dəqiq aparmayan, xərc və gəlirlərini düzgün göstərməyən vergi ödəyicilərinə qarşı cərimələr daha ciddi rəqəmlərlə ifadə olunur. 

Lakin bu vergi inzibatçılığı tədbirlərini qarşılamağa kənd təsərrüfatı sektoru hazırdırmı?

Görünür, cavab mənfi olduğundan Vergilər Nazirliyi kənd təsərrüfatına istisna mövqe nümayiş etdirib. Vergilər Nazirliyi Vergi Siyasəti Departamentinin rəhbəri Samirə Musayevanın sözlərinə görə, 2019-cu il kənd təsərrüfatında hazırlıq dövrü olacaq:  

“Kənd təsərrüfatı sektoru daxili məhsulun formalaşmasında böyük paya malik olan subyektlərdir. 2019-cu ildə kənd təsərrüfatı sektorunda məhsulların uçotunun aparılması üzrə maarifləndirmə, vərdişlərin artırılması ilə bağlı işlər davam etdiriləcək. Onlara qarşı maliyyə sanksiyaları isə 1 yanvar 2020-ci ildən başlayacaq”. 

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<